28 yaşında uğur qazanan məşhurlar

28 yaşında uğur qazanan məşhurlar
14 noyabr 2014
# 09:45

Uğur qazanmaq üçün hələ yaşınızın az olduğunu düşünürsünüz, amma dünyada 28 yaşında uğur qazanmış və dünya tarixinə adını yazdırmış insanlar var.

Kulis.az 28 yaşında uğur qazanmışların siyahısını təqdim edir.

1. “Bitlz”dan ayrılan Pol MakKartinin ilk solo albomu yayımlananda 28 yaşının tamam olmasına bir həftə var idi.

2. Aristotelin ağır əşyalar yüngüllərdən daha sürətlə düşür arqumentinin yanlışlığını isbat edəndə Qalileyin 28 yaşı var idi.

3. Əslində göz həkimi olan Ludviq Zamenhof beynəlxalq dil olan Esperantonu yaradanda 28 yaşındaydı.

4. “İnsanın yaradılışı”nın müəllifi Mikelancelo heykəltəraş olmağa qərar verəndə 28 yaşı var idi.

5. Fridrix Nitsşe ilk kitabı olan “Tragediyanın doğuluşu”nu 28 yaşında tamamlamışdı.

6. Çarlz Dikkenz dördüncü romanı “Əntiq dükanı”na bu yaşda başlamışdı.

7. Bernard Reyman özünün geometriya nəzəriyyəsinə aid dərslərinə 28 yaşında başlamışdı, bu Eynşteynin nisbilik nəzəriyyəsi üçün mənbə olacaqdı.

8. Devid Boui 28 yaşında olarkən “Fame” mahnısı ilə Amerikada birinci yerə çıxmışdı.

9. Uilyam Şekspir “Yanlışlıqlar komediyası”, “Titus Andronicus” kimi əsərlərini təxminən bu yaşda yazıb.

10. Ceyms Coys “Gənc rəssamın portreti”ni yayımlayanda 28 yaşı var idi, sonra isə “Uliss”i yazmağa başlayıb.

11. Mark Zukerberq “Facebook”u yaradanda 28 yaşı var idi.

12. Tarantino ilk filmini məhz bu yaşda çəkib.

13. Orson Uelles 28 yaşında “Vətəndaş Keyn”i çəkmişdi.

14. Elizabet Teylor məhz bu yaşında ilk dəfə “Oskar” almışdı və “Kleopatra” filmi üçün müqavilə imzalayanda ən çox qazanan aktrisa olmuşdu.

15. İxtiraçı Eli Uitni 28 yaşında olarkən pambıqyığan maşını ixtira etmişdi.

16. Görkəmli yazıçımız Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"nı yazanda 28 yaşı vardı.

# 4455 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

12:10 1 iyul 2026
Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

10:00 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər