Cəlil Cavanşir sədr təyin edildi

Cəlil Cavanşir sədr təyin edildi
20 may 2014
# 13:01

Yazar Cəlil Cavanşir “Anamın kitabı” ədəbi mükafatının Ekspertlər Şurasının sədri təyin olunub.

Müsabiqənin təşkilatçısı Hədəf Nəşrlərindən kulis.az-a daxil olan məlumata görə ildə bir dəfə keçirilməsi nəzərdə tutulan müsabiqənin ilkin seçimlərini Cəlil Cavanşirin rəhbərlik etdiyi ekspertlər şurası keçirəcək. Ekspertlərin müəyyənləşdirdiyi onluq (uzun siyahı) münsiflərə təqdim olunacaq və kitabevim.az saytında səsverməyə çıxarılacaq.

Cəlil Cavanşir təyinatla bağlı kulis.az-a verdiyi açıqlamada bildirib ki, müsabiqəyə əsərlərin qəbulu artıq yekunlaşmaqdadır. “Mayın sonunu müsabiqəyə əsər qəbulu yekunlaşır. İyun ayının 15-ə qədər müsabiqənin “10-luğu”nu (Uzun siyahısını) açıqlamağı düşünürük. “Uzun siyahı” açıqlandıqdan sonra Ekspertlər Şurası işçi qrupla birlikdə təşkilatı işlərlə məşğul olacaq. Qalibləri isə münsiflər heyəti müəyyənləşdirəcək. Bu il müsabiqə dramaturgiya sahəsi ilə məhdudlaşsa da, növbəti ildən müsabiqə xeyli genişlənəcək və demək olar ki, bütün janrları əhatə edəcək. Bu ilki müsabiqəyə olan maraq bir daha sübut etdi ki, Azərbaycanda ədəbiyyat adına bu cür müsabiqələrin keçirilməsi vacibdir.

Əsasnamdə qeyd olunub ki, müsabiqəyə qəbul edilən əsərlərə xüsusi mövzu məhdudiyyəti qoyulmasa da, yazarlar müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir.

Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, milli dəyərlərə xidmət etməlidir.

Müsabiqəyə təqdim ediləcək əsərlər maksimum 25000 (məsafəsiz) işarədən ibarət olan dram, faciə, tragikomediya, kinossenarilər ola bilər.

Müsabiqənin dili Azərbaycan dilidir.

Müsabiqəyə son beş ildə yazılmış əsərlər təqdim edilə bilər.

Əsərlərin əvvəlki illərdə nəşr edilib-edilməməyi önəm daşımır.

Hər müəllif yalnız bir əsər təqdim edə bilər.

Müsabiqədə iştirak edəcək müəlliflərin minimal yaş həddi yoxdur, maksimal yaş həddi isə 40-dır. ”

Qeyd edək ki, «Anamın Kitabı» Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və Kitabevim.az Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir. Layihənin ideya müəllifi, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq, Münsiflər Heyətinin sədri AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir.

# 3742 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər