Almaniya əlillərə pulsuz fahişə göndərir FAKTLAR

Almaniya əlillərə pulsuz fahişə göndərir  <span style="color:red;"> FAKTLAR
28 yanvar 2015
# 11:38

Kimi üçün Almaniya ideal ölkə, kimi üçün avtomobil alış-verişi etməyə yaxşı yer, kimi üçün gəzməli tarixi məkandır. Ancaq Almaniya barədə indi oxuyacağınız bu məlumatlar sizi təəccübləndirə bilər.

Kulis.az Almaniya haqqında 15 maraqlı faktı təqdim edir.

Dövlət qəribə hesab etdiyi adların uşaqlara qoyulmasına qarşı çıxa bilər. Alman qanunlarına görə, ad mütləq uşağın cinsiyyətin əks etdirməlidir. Ona görə də, ölkədə hələ də tarixi, ənənəvi adlar qoyulur.

Pul qarşılığında fahişəlik etmək qanunidir. 2002-ci ildə dünyanın ən qədim peşələrindən sayılan fahişəlik leqallaşdırılıb.

Almaniya kansleri Angela Merkelin prototipi olan Barbi oyuncağı var.

Bu ölkədə 2022-ci ilə qədər heç bir Nüvə Elektrik Stansiyası qalmayacaq. Hökumət onları bağlamağa qərar verib.

Almanya hakkında "yok artık" dedirten 20 gerçek!

Almanca “təşəkkür edirəm” demək “yox, istəmirəm” mənasını verir. Yəni biri sizə “Çay istəyirsən?” deyirsə, qəbul etmək üçün “danke” yox, “bitte” – xahiş edirəm deməlisiniz.

İctimai yerlərdə içki içmək qanunidir. 14 yaşlı uşaqlar yanında valideynləri olmaq şərtilə içki içə bilər.

Burada orta barmaq göstərmək qadağandır. Buna görə sürücülük vəsiqənizi itirə, pul cəzası ala bilərsiniz.

Almanya hakkında "yok artık" dedirten 20 gerçek!

Almaniyada seks vergisi alınır. Bonn şəhərində fahişələr hər gün işə başlamamışdan əvvəl müvafiq aparatlardan bilet almaq məcburiyyətindədirlər. Onların bu bileti almaq üçün verdikləri məbləğ seks vergisi adlanır. Biletsiz işləmək cəza ilə nəticələnə bilər. Onların iş vaxtları da limitlidir: axşam 8:15-dən səhər 6-ya qədər.

Təhsil pulsuzdur. Bəzən xarici tələbələrə də bu haqdan faydalanmaq imkan yaranır.

Bazar günü kilsələrdən başqa hər yer bağlı olur. Səs-küy etmək də qadağandır həmin gün.

Dövlət əlillərin seks ehtiyaclarını maddi olaraq qarşılayır. Hətta əlillər üçün işləyən sertifikatlı fahişələr də var.

Ad gününü əvvəlcədən qeyd eləmək uğursuzluq hesab olunur.

Almanlar “Fanta”dan tort bişirirlər. Adına da “Fantakuchen” deyirlər.

Alman ənənələrinə görə pəncərəni açıq qoymaq yaxşı şey sayılmır. Bir növ bununla xəstəliklərin evə “çağırıldığına” inanırlar.

Almaniyada günorta yeməyi isti, axşam yeməyi soyuq yeyilir.

# 5442 dəfə oxunub

Oxşar xəbərlər

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər