Nurəngiz Gün vəfat edib

Nurəngiz Gün vəfat edib
20 dekabr 2014
# 11:13

Tanınmış şairə Nurəngiz Gün vəfat edib.

Şairənin qızı, millət vəkili Jalə Əliyeva lent.az-a bildirib ki, anası son iki-üç ayda bir çox xəstəlikdən əziyyət çəkib: " Xəstəlikləri çox idi, bir-birinə qarışmışdı. Böyrəkləri işləmirdi, ayaqları tutulmuşdu. Gecə saat 3-də elə yemək verdiyim vaxt qollarımda keçindi”.

Millət vəkili dəfn mərasiminin sabah baş tutacağını da qeyd edib: “Bu gün hələ ki, evdəyik. Vida və dəfn mərasimi ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən cavab gözləyirik”.

Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.

# 2821 dəfə oxunub

Oxşar xəbərlər

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər