"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?
18 noyabr 2025
# 16:00

18 noyabr tanınmış Kanada yazıçısı Marqaret Etvudun doğum günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən müəllifin məşhur “Damazlıq qızın əhvalatı” romanının yazılması tarixçəsi ilə bağlı yazıçının qeydləri əsasında hazırlanmış materialı təqdim edir.

“Cənnət üçün sənə ehtiyacımız var. Cəhənnəmi özümüz də yarada bilirik”
“Damazlıq qızın əhvalatı”, Marqaret Etvud

Bəzi kitablar illər keçsə də, oxucu heyranlığını itirmir. 1985-ci ildə nəşr olunduğu vaxtdan bəri “Damazlıq qızın əhvalatı” romanı hələ də çap olunmağa davam edir. Dünyanın hər yerində milyonlarla nüsxə satılıb, bir çox dilə tərcümə edilib. Xüsusilə qadın bədəni və reproduktiv funksiyaların üzərində nəzarət edən siyasi dəyişikliklər haqqında yazanlar üçün müəyyən bir etiketə çevrilib.



Müəllif yazır ki, kitabın nəşrindən sonra “insanlar – yalnız qadınlar deyil, mənə öz bədənlərinin fotolarını göndərirdilər: “Onlar kitabdan cümlələri bədənlərinə döymə etdirirdilər.

Ən çox rast gəlinənlər "Nolite te bastardes carborundorum" (“O şərəfsizlərin səni əzməsinə imkan vermə”) və "Are there any questions? ("Hansısa sualın var?”) idi. Bu, əyləncədir, yoxsa qorxunc siyasi peyğəmbərlik? Bəlkə də hər ikisi? Kitabı yazarkən bunların baş verəcəyini heç düşünməzdim”.

Marqaret Etvud romanla bağlı gündəliyində yazır: “Təxminən 1984-cü ilin yazında, hələ Berlin Divarı ilə əhatələnmiş Qərbi Berlində yaşayarkən bu kitaba başladım. Başlanğıcda adı “Damazlıq qızın əhvalatı” deyildi, adı “Ofred” idi – amma gündəliyimdə adı 3 yanvar 1985-ci ildə dəyişdirdiyimi, artıq 150 səhifəyə yaxın yazdığımı qeyd etmişəm.

Bununla belə yazı ilə bağlı qeyd etdiyim yeganə şey budur. Kitabla bağlı saysız gündəlik girişlər etməyimə baxmayaraq, “Damazlıq qızın əhvalatı”nə başlamazdan əvvəl – Latın Amerikasında bir silsilə işim var idi və axına düşüb itib getmişdi – özümü birdən-birə yalnız bu kitabı yazarkən tapdım.“Millətlər heç vaxt radikal idarə formalarını hələ mövcud olmayan qurumlar üzərində qurmazlar”.



Gündəlikdə yazarlara məxsus tanış gileylər var: “Uzun bir fasilədən sonra yenə yazmağa başladım”, “Özümü itirmişəm” və ya “Yayımlama dəhşəti əvəzinə məni tənqidlərdə nədə ittiham edəcəklərini düşünürəm”. Hava haqqında narahatlıqlarım da var: “Xüsusi şərhlər üçün yağış və fırtına gəlir”. Trüfel tapılması tarixini yazmışam – həmişə sevindirici haldır; şam gecələri var, orada nə bişirildiyinin və kimlərin qatıldığının siyahısı; mənim və başqalarının xəstəlikləri və dostların ölümü. Oxuduğum kitablar, edilən söhbətlər, gəzilən yerlər... Yazılan səhifələr; özümü motivasiya etmək üçün başladığım səhifəni tamamlamıramış kimi sayma alışqanlığım var. Amma kitabın özünə dair ağız dolusu danışılan heç nə və kompozisiya barədə düşüncə qeydləri yoxdur. Bəlkə də hekayənin hara gedəcəyini bildiyimi düşündüyüm üçün özümü sorğulamağa ehtiyac duymamışam. Əllə yazdığımı xatırlayıram, sonra daktilo edəcək adam üçün surətini çıxarırdım, sonra yazdığım vərəqlərin üstünü qaralayırdım və bunları peşəkar daktiloçuya verirdim: 1985-ci ildə şəxsi kompüterlər hələ “körpə” idilər. 1984-cü ilin iyununda Berlindən ayrılmağım, Kanadaya qayıtmağım, Qalyano adasında bir ay keçirməyim, payız boyu yazmağım və sonra 1985-ci ilin əvvəlində MFA rəhbəri kimi Tuskalusada (Alabama) dörd ay keçirməyim gözlərimin önündən keçir. Kitabı orada bitirdim; onu ilk oxuyan, həmin dövrdə orada olan yazıçı Valeri Martin idi. “Deyəsən burada fərqli bir şey var,” dediyini xatırlayıram. O, bu xatirəni daha coşqu ilə yada salır.

Səhifə sayma qeydlərimə əsasən çox çılğın bir sürətlə yazmış olmağıma baxmayaraq, 12 sentyabr 1984-dən 1985-ci ilin iyununa qədər gündəliyimdə hər şey anlaşılmazdır – heç nə yazılmayıb, trüfellər belə. 10 iyunda şifrəsi açılmalı bir cümlə var: “Damazlıq qızın əhvalatı”nin korrektəsi keçən həftə bitdi”. 1985-ci ilin payızında, Kanadada, bəzi gərgin tənqidlərin təəccübləndirməsi ilə kitab meydana çıxdı; amma mənim tərəfimdən yazılmış heç bir gündəlik qeyd yoxdur. 16 noyabrda başqa bir yazar gileyi tapıram: “Vahimə girdabındayam” və əlavə etmişəm: “Amma işləyir”.



Müəllif daha sonra kitab 1986-cı ilin fevralında həm Böyük Britaniyada, həm də ABŞ-da eyni vaxtda çıxdığını qeyd edir: “ Britaniyada – bir neçə əsr əvvəl Oliver Kromvel dövrünü yaşamış və bunu yenidən təkrarlamaq niyyətində olmayan bir ölkədə – reaksiyalar “çox yaxşı hekayə” şəklində oldu. Amerikada isə tənqidlər, Mary MakKartinin “New York Times”dakı soyuq resenziyasına baxmayaraq, daha çox “Bizim nə qədər vaxtımız var?” sualını xatırladırdı.
Gələcək haqqında hekayələr həmişə “Bəs belə olsaydı?” ön fərziyyəsini daşıyır və “Damazlıq qızın əhvalatı”nda bundan bir neçəsi var. Məsələn, ABŞ-da gücün dadını çıxarmaq, liberal demokratiyanı ləğv edib diktatura qurmaq istəsəydiniz, bunu necə edərdiniz? Örtük mövzunuz nə olardı? Heç bir kommunizm və ya sosializm nümunəsinə bənzəməzdi: çox köhnə sayılardı. Liberal demokratiyanın ləğvini əsaslandırmaq üçün demokratiya adı altında hərəkət edilməli idi; halbuki 1985-ci ildə bunun mümkün olacağını təsəvvür etməzdim.

Rejim sərt puritan kimliyi altında fəaliyyət göstərdiyindən qadınlar və həmçinin uşaqlar ləzzət üçün nəzərdə tutulmuş hərəmdə hesab edilmirlər. Onlar bəzək deyil, funksionallıqdırlar”.



Özümə bir qayda qoymuşdum: İnsanların hər hansı bir yerdə, hər hansı bir zamanda etmədiyi və ya mövcud olmayan heç bir şeyi uydurmayacaqdım. İnsanın qaranlıq və pozulmuş icad potensialına görə günahlandırılmaq istəmirdim. Qrup ritualları, kollektiv ağlamalar, kasta və siniflərə görə geyinmək, doğuma məcbur etmə və nəticələrinə sahib çıxma, rejim tərəfindən oğurlanan uşaqlar, onları yüksək rütbəli məmur kimi yetişdirmək, oxuma-yazmanın qadağan edilməsi, mülkiyyət hüquqlarının rədd edilməsi – bunların hamısının tarixi nümunələri var və bir çoxu başqa mədəniyyət və dinlərdə yox, Qərb cəmiyyətində və “xristianlıq” ənənəsinin özündə mövcuddur. (“Xristianlıq” sözünü ona görə dırnaq içində yazıram ki, bu dindən gələn bir çox davranış və təlimlərin adına sığınılan şəxs üçün ürəkbulandırıcı olacağına inanıram)”



Marqaret Etvudun “Damazlıq qızın əhvalatı” tez-tez “feminist distopiya” adlandırılır, amma müəllif özü bu ifadənin tam doğru olmadığını vurğulayır: “Saf feminist distopiyada bütün kişilər bütün qadınlardan daha çox hüquqa sahib olardı. İkiqatlı struktur: yuxarıda kişilər, aşağıda qadınlar. Amma Gilead kifayət qədər tanış bir diktaturadır: piramida kimi qurulmuş, iki cinsin gücündən istifadə edən, kişilər adətən daha yüksək rütbəli qadınlarla eyni səviyyədədir; güclü və statuslu qadınlarla kişilər piramidanın yuxarısından aşağıya doğru çəkilir, subay kişilər isə bir “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl pillə-pillə xidmət edirlər. Qulluqçular cəmiyyət tərəfindən kənarlaşdırılmış kastadır: onların dəyəri yalnız bir şeylə – doğum vermə qabiliyyəti ilə – ölçülür, digər hallarda isə onlara toxunmaq qadağandır. Onlara sahib olmaq üçün yüksək rütbəli olmalısan, eynilə keçmişdə kölə və xidmətçilərin ələ keçirilməsi kimi. Rejim sərt puritan kimliyi ilə fəaliyyət göstərdiyindən qadınlar və uşaqlar zövq üçün deyil. Onlar bəzək deyil, funksiyadırlar”.

Yazıçı kitabı yazdığım müddətdə onu cəlb edən nüansları da diqqətə çatıdırıb: “Birincisi, distopik ədəbiyyata marağım idi – gənclikdə oxuduğum Oruellin “1984”, Oldos Hakslinin “Cəsur yeni dünya” və Bredberinin “Farenheyt 451”i və sonradan 1960-cı illərin əvvəlində Harvardda təhsilimi davam etdirməyim... Ədəbiyyat sizi bir dəfə içinə çəkdisə, hər zaman öz nümunənizi yazmaq kimi gizli istəyiniz olur. İkincisi, XVII və XVIII əsr Amerika tarixi ilə bağlı araşdırmalarım idi, yenə də Harvardda – çoxlu sayda əcdadımın yaşadığı dövrə şəxsi marağım vardı. Üçüncüsü isə diktatura və onun necə işlədiyinə dair həddindən artıq marağım idi; 1939-cu ildə İkinci Dünya Müharibəsinin başlamasından üç ay sonra doğulan biri üçün bu, qəribə deyil.



Bəlkə də “Damazlıq qızın əhvalatı”nin sonundakı qəti çökməni təsvir edərkən çox nikbin davrandım. “1984”də belə, o qaranlıq görüş bucağı ilə bağlı, insanın üzünə dəyən son bir təpik yoxdur, Vinston Smitin acı taleyi və Böyük Qardaşa sərxoş məhəbbəti kimi deyil; daha çox standart ingilis dilində keçmiş zamanla yazılan rejim haqqında məqalə var. Oxşar olaraq, “Damazlıq qızım” üçün Meyn və Kanada vasitəsilə mümkün qaçış imkanı yaratdım; həm onun, həm də arxa plana çəkilmiş dünyanın baxış bucağından son sözə icazə verdim.

“Damazlıq qızın əhvalatı”nin gerçəkləşməsi ehtimalı barədə soruşanda, özümə hər zaman xatırladıram ki, kitabda iki gələcək var və əgər birincisi gerçəkləşsə, bəlkə ikincisi də gerçəkləşə bilər...”


# 640 dəfə oxunub

Oxşar xəbərlər

Amerika ədəbiyyatında "böyük roman"  ənənəsini canlandıran yazıçı

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

15:30 20 noyabr 2025
Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər