“44 gün - Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı oldu

“44 gün - Tarixi zəfər”  adlı çoxcildliyin IV cildinin təqdimatı oldu
27 fevral 2026
# 13:30

Mədəniyyət Nazirliyi və Respublika “Xatirə Kitabı” Redaksiyası Milli Kitabxanasında “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatını keçirib.

Kulis.az xəbər verir ki, bu cilddə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Bildirilib ki, Respublika “Xatirə Kitabı” müxtəlif dövrlərdə Azərbaycanın üzləşdiyi faciə və müharibələrdə həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız , eləcə də ölkənin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında materialların toplanması və nəşri istiqamətində fəaliyyət göstərir. Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə araşdırmalar apararaq dörd cilddən (iki dildə) ibarət nəşr hazırlayıb.

Bundan başqa, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin xatirələrinin yaşadılması məqsədilə 4 cilddə kitab çap edildiyi, “Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi” kitablarının nəşr olunduğu bildirilib. Burada faşizm üzərində qələbənin əhəmiyyəti geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə maraqlı fikirlər yer alıb.

Redaksiya “Bakı Xəbər” qəzeti ilə birgə həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsi çərçivəsində Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş 10 kitab nəşr etdirib.

Həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında 8 sənədli filmin çəkildiyi və ictimaiyyətə təqdim olunduğu qeyd edilib.

# 825 dəfə oxunub

Oxşar xəbərlər

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu

12:30 24 iyul 2026
Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

11:22 24 iyul 2026
"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

10:00 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər