Abbasqulu bəy Şadlinskinin xatirəsinə həsr edilən elektron məlumat bazası hazırlandı

Abbasqulu bəy Şadlinskinin xatirəsinə həsr edilən elektron məlumat bazası hazırlandı
27 fevral 2026
# 14:30

Bu il Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünəməxsus iz qoymuş, XX əsrin əvvəllərində ölkəmizin qərb bölgəsində azadlıq uğrunda apardığı mübarizədə böyük xidmətləri olan tarixi şəxsiyyət, xalq qəhrəmanı, "Qırmızı tabor"un komandiri Abbasqulu bəy Şadlinskinin 140 illik yubileyi tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Abbasqulu bəy Şadlinskinin 140” adlı elektron məlumat bazası hazırlanıb.

Özündə 20-dən çox bölməni cəmləyən bazada Abbasqulu bəyin həyatının ən önəmli tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, qəhrəmanlığı və şücaəti sayəsində layiq görüldüyü mükafatlar haqqında məlumat verilir. Bazada “Abbasqulu Bəy Şadlinski: Bir elin, elatın deyil, bütöv Azərbaycan xalqının qəhrəmanı”, “İtirilmiş yurdun qeyrətli el qəhrəmanı”, “Yazılmamış tariximiz silsiləsindən – xalq qəhrəmanı Abbasqulu Bəy Şadlinski” bölmələri vasitəsilə Azərbaycanın hərb tarixində nizami ordu ilə partizan müharibəsini sintez edən nadir komandirlərdən olan Abbasqulu bəy Şadlinskinin həyatı, hərbi, ictimai-siyasi fəaliyyəti haqqında geniş və dolğun məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Abbasqulu bəy Şadlinski haqqında qələmə alınan kitabların və dövrü mətbuat nümunələrinin siyahıları ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, Abbasqulu bəy haqqında çəkilən bədii və sənədli filmlər də təqdim edilir. Bazada “Milli iftixarımız”, “Şadlinskilər”, “Virtual sərgi”, “Foto və video qalereya” bölmələri də mövcuddur.

“Abbasqulu bəy Şadlinskinin 140” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Abbasqulu_bey_Shadlinski_el_melumat_bazasi/index.html yerləşdirilib.

# 1411 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər