Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?
29 sentyabr 2025
# 12:45

29 sentyabr məşhur fransız rəssam Fransua Buşenin doğum günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı, yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Fransa kralı XV Lüdovikin məşhur məşuqəsi Madam de Pompadurun sevimli rəssamı olan Fransua Buşe klassik mövzular, dekorativ alleqoriyalar və portretlər üzərində işlədiyi zərif və sakit kompozisiyaları ilə tanınırdı.

Parisdə dizayner ailəsində doğulan Fransua Buşe rəssam Fransua Lemuanın şagirdi olmuşdu.

XV Lüdovik dövrünün incəsənətində əsas simalardan biri sayılan Buşe çılpaq qadın rəsmləri çəkmə texnikasını müəllimi Lemuandan, dizayn və təsvir qabiliyyətini isə kumaş naxışçısı olan atasından öyrənmişdi. Lakin o, xüsusilə Vatto, Tiepollo və Rubensin əsərlərindən təsirlənmişdi.

20 yaşında ikən Fransanın ən nüfuzlu sənət mükafatı olan "Prix de Rome"u qazanmış və dörd il İtaliyada təhsil alaraq burada Tiepolo və Veroneze kimi rəssamlardan ilhamlanmışdı. 1731-ci ildə Parisə qayıdan Buşe bir çox fəxri adlara layiq görülərək çox uğurlu bir karyera qurmuşdu.

Əvvəlcə böyük ölçülü mifoloji və tarixi mövzulu əsərlər yaradan Buşe Fransa Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasının üzvü olmuş, daha sonra akademiyada professor və kralın Qobelen toxuculuq fabrikinin rəhbəri təyin edilmişdi.

Madam de Pompadurun himayəsi altında olan Buşe, həm də onun şəxsi müəllimi kimi fəaliyyət göstərmiş, 1765-ci ildə isə kralın rəsmi saray rəssamı və Akademiyanın direktoru vəzifələrinə gətirilmişdi.

Madam de Pompadurun portreti

Çoxşaxəli bir sənətkar olan Buşe, həmçinin yelpiklər, saxsı məmulatlar, ev ayaqqabıları, interyer dizaynları, teatr səhnələri, kostyumlar və toxuculuq nümunələri də hazırlamışdı. Onun çoxsaylı qravür və əsərlərinin reproduksiyaları Venssen və Sevr fabriklərində saxsı və biskvit keramika məmulatları üzərində çap olunmuşdu.

İlk dövrlərdəki rəsmləri daha çox saflıq və masumiyyət mövzusunda idi, lakin zamanla əsərləri daha ehtiraslı və erotik çalarlar almağa başlamışdı.

"Gənc qadın qızılgül dəstəsi ilə" tablosu

Buşe çox sevdiyi Rubens kimi, bədən formalarının yumşaqlığını və dolğunluğunu vurğulamaqdan və erotik qadın fiqurları çəkməkdən zövq alırdı. Onun üslubuna Vatto da böyük təsir göstərmişdi.

Buşe XVIII əsr Qərbi Avropa rəssamlıq və dekorativ sənətinin ən tanınmış rəssamlarından biri olmuşdu. Onun rəsmlərinin mövzuları əsasən antik klassik motivlər, dekorativ alleqoriyalar və pastoral mənzərələr olmuşdur. Lakin o, xüsusilə erotik çılpaq "Venera" təsvirləri ilə geniş şöhrət qazanmışdı.

"Veneranın doğuluşu" tablosu

Zərif, canlı və bəzən açıq-saçıq qadın obrazları Buşenin sənətində yeni bir üslub yaratmış, dövrünün ən dəbdə olan sənət forması halına gəlmişdi.

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər