Bunun bir adı var: Ayıb! – Gənc şair tanınmış yazıçını tənqid etdi

Bunun bir adı var: Ayıb! – Gənc şair tanınmış yazıçını tənqid etdi
21 may 2021
# 14:12

Kulis.az gənc şair Nadir Rzalının yazıçı Xeyrəddin Qoca ilə bağlı tənqidi yazısını təqdim edir.

Xeyrəddin Qoca bir status paylaşıb: “Biri deyir dizin-dizin sürünəcəm, biri deyir ayaqyalın oynayacam, biri deyir torpağı gözümə qoyacam. Bu vətənpərvərlik deyil!”.

Oxudum, təəssüfləndim. Ona görə təəssüfləndim ki, daha Xeyrəddin Qocanın deməyə sözü qurtarıb. Belə olanda da, çox biabırçı mənzərə yaranır. Bəzi insanlar sanki özlərini hörmətdən salmaqdan ləzzət alır, bu da bir xəstəliyə çevrilib.

Xeyrəddin Qoca elə zənn edir ki, 7-8 kitab çap etdiribsə, gəlib bu xalqa vətənpərvərlik dərsi keçə bilər. Təəccüblənmirəm, axı bizim qoca “ziyalı”mız haqsız yerə obasından qovulmayıb, balaca otaqlara külfətlə sığışmayıb, sıxıla-sıxıla çörək pulu almayıb. Axı Xeyrəddin Qoca bunu hardan bilsin. Hardan bilsin ki, torpağa bələnmək arzusu nədir, torpağı qucaqlamaq nə deməkdir, torpaqdan ötrü yanıb-yanıb külə dönmək necə olur?!

Xeyrəddin Qocanın hünəri çatmır ki, xalqın boğazına şərik çıxanlara, vətən xainlərinə, haram pullarla vətəni çəpərləyənlərə vətənpərvərlik dərsi keçsin. Bunları deməyə “dux”u çatmadığı üçün gəlib qaçqınların vətənpərvərliyini haqq-hesaba çəkməklə ürəyin boşaldır.

İxtiyarı yoxdur, heç vaxt da olmayacaq!

İnsanlar sevincini, kədərini eyni cür ifadə etmir. Bu hər kəsin psixoloji vəziyyətindən asılıdır. Kimisi daha çılğın, kimisi daha təmkinlə davrana bilir. Heç kimə məcbur eləmək olmaz ki, sevinəndə hoppanıb düşməsin və ya əksinə hadisəyə emosional reaksiyası olsun. Bu fərdi xüsusiyyətdir. Artıq bunun ifratına varıb müzakirə obyektinə çevirmək iyrənc addımdır.

Elə ola bilər ki, dizin-dizin sürünən səmimi deyil və ya elə ola bilər ki, sakit reaksiya verən ən çox sevinəndir. Amma bu o demək deyil ki, yazıçının insan duyğularını məsxərəyə qoymaq haqqı var. Mən artıq bu vəziyyətdə Xeyrəddin Qocanın yazıçı ruhuna da şübhə ilə yanaşmağa başlayıram, necə ki o qarabağlıların sevgisinə şübhə ilə yanaşır.

Xeyrəddin Qoca yaradıcılığı artıq tarixin vərəqlənməyən kitabında köhnəlib. 5-10 ilə heç oxuyan olmayacaq, müasir Azərbaycan oxucusu onu tanımır. Belə olanda da, yazıçı öz qıcığını bir yol tapıb kompensasiya eləməyə çalışır. Bunun bir adı var: AYIB!

Xeyrəddin Qoca minlərlə insanın heysiyyəti ilə oynadı. Yaxşı deyiblər, dünyam nə qədər böyük olsa da, gəlib keçir ayağımın altından. İnsan rişxənd edirsə, mütləq rişxənd etdiyi vəziyyətə düşəcək, oxşarını yaşayacaq.

Xeyrəddin Qoca belə lüzumsuz söhbətlərdənsə, bəzi uğursuz yumoristik yazılarının redaktəsi ilə məşğul olub yeni kitab nəşr etdirsəydi, daha faydalı iş görmüş olardı, heyf...

Nadir RZALI

# 3721 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər