Orta Əsrin tənqidçi jurnalistləri: təlxəklər

Orta Əsrin tənqidçi jurnalistləri: təlxəklər
8 iyun 2011
# 06:00
Təlxək italyan (pagliaccio) mənşəli söz olub “onu izləyənləri güldürən və əyləndirən, əcayib geyimli, üzü həddindən artıq və komik şəkildə boyalı oyunçu” mənasını verir.

İlk dəfə e.ə. 1600-cü illərdə görünən təlxəklər, bu gün dünyanın bir çox yerində kloun kimi tanınır və sevilirlər. Bəzi qaynaqlara görə, XVIII əsrə qədər saraylarda təlxək saxlanılması ənənəsi davam edib. XVI əsrdən isə İtaliyada səhnəyə aktyor kimi çıxıblar.

Təlxəklər – grotesk (əsasən dünyanı vecinə almayan adamlara deyilir) görünüşə sahib olub, komik tipli sənətçilərdir. Bu imici formalaşdıqmaq üçün rəngli və şişirdilmiş pariklər, fərqli makiyajlar, gözə fövqəladə böyük görünən ayaqqabılar və qəribə kostyumlar istifadə edirdilər.

Amerikalı sosioloq Peter Berqer təlxəklər haqqında “Bu məsxərəçi və zarafatçıl adamlar din və illuziya kimi cəmiyyətin dərin ehtiyaclarını ödəyirlər” - deyib. Yəni təlxəklik fiziki performans tələb edən xüsusi təhsilin bir parçası olaraq qəbul edilməlidir. İlk təlxəklik növlərinə qədim Yunanıstanda, İtaliya küçə teatrında (Commedia dell Arte), fransız mənşəli pantomim və yapon Kabuki ənənələrində və Avropada rast gəlinməkdədir.

Daha çox “itoynadan” kimi tanınan Avropa təlxəkləri monarxların və varlı aristokratların evlərində çalışırdılar. Onların vəzifəsi sahibini, onun ailəsini və qonaqlarını güldürmək idi. Ənənəvi olaraq təlxəklər başlarına xüsusi cingiltisi olan papaq qoyurdular. Papağın üstündəki üç ucu şiş çıxıntı eşşəyin qulaqlarını və quyruğunu simvolizə edir. Bu papaqlar qədim Romada təşkil olunan və varlılarla kasıbları bir-birinə yaxınlaşdırmaq məqsədi güdən Saturn Bayramı'nın (The Feast of Saturn) bir hissəsi olan “Eşşək yürüşü”nün atributlarından biridir.

Bəzi qaynaqlara görə, təlxəklər qəbilə cəmiyyətlərinin ilkin dönəmində formalaşıblar.

Böyük Plinni saray təlxəklərini Apellesin illinist çarı I Ptolomeyin sarayına səfəri zamanı təsvir edib. Buna baxmayaraq, təlxək anlayışı orta əsrlər Avropası ilə bağlıdır. Təlxək kralın simvolik olaraq ən yaxın adamı hesab edilirdi. Təlxək başqalarının deyə bilmədiyi həqiqətləri zarafatlarının arasına qatıb deyə bilirdi. Buna görə də onlara Tanrının ümidinə qalan xəstə uşaqlar kimi baxırdılar. Yalnız aktyorluq qabiliyyəti olan insanlar deyil, həm də psixoloji problemləri olan insanlar da tez-tez təlxəklik etməklə pul qazanırdılar.

Orta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi – musiqi ilə hoqqa çıxaranlar, janqlyorluq edənlər, aktyorluq edənlər və məntiqli şərtləri həll edənlər.
Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər.

Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar.

Erkən orta əsrlərdə imtiyazlı elita nümayəndələri bir-birlərinin diqqətini təlxəklər vasitəsilə cəlb edir, həmçinin krala layihələrini, şikayətlərini, böhranlı və təhlükəli təklif və ideyalarını çatdırırdılar.

Maarifləndirmə və reformasiya dövrünün başlaması ilə birlikdə təlxəklərin bu vəzifələrinə son verildi.

Rusiyada da təlxəkliyin qədim ənənələri olub. Hətta ruslarda təlxək obraz olaraq nağıllarda da özünə yer tapıb. Misal olaraq çarı media mənsubu kimi gizli məlumatlardan agah edən “İvan-durak”.

Yeri gəlmişkən, rus malikanə və saraylarındakı təlxəklərin də vəzifələri sahiblərini və onların qonaqlarını əyləndirməkdən ibarət idi. Rus təlxəklər həm çar, həm də imperator saraylarında olub.

Maraqlıdır ki, Avropa və Rusiyadan fərqli olaraq, Osmanlı sarayında təlxəklərin rolu təkcə sultanları güldürmək deyildi. Fransız tarixçilərinin Osmanlı sarayından yazdıqları salnamələrə əsasən, Osmanlı təlxəkləri həm də teatr sənətini inkişaf etdirdilər. Osmanlı təlxəklərinin aktyor olduğunu iddia edən daha bir mənbə isə məşhur türk səyyahı Övliya Çələbidir.

Onun qeydlərində təqlidlərlə xalqı güldürən kəslərdən bəhs edilərkən belə bir “teatr” səhnəsi təsvir olunub: bir yəhudi kişi qaraçı arvadı ilə gizli münasibətdə olur və tutulur. İkisinə də işgəncə verilərək günahları boyunlarına qoyulur. Daha sonra qadın eşşəyə tərs, yəhudi isə başqa bir eşşəyə düz mindirilərək guya öldürülmək üçün xalqın qəhqəhələri arasından aparılırlar.

Vüqar QURDQANLI

# 1303 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #