İyunun 4-ü Milli Kitab Mükafatının qalibi bilinəcək

İyunun 4-ü Milli Kitab Mükafatının qalibi bilinəcək
31 may 2011
# 13:28
31 may 2011-ci il, Bakı: İyunun 4-də çağdaş Azərbaycan ədəbiyyatının inkişafı naminə Milli Kitab Mükafatı (MKM) qaliblərinin elan olunması mərasimi keçiriləcək.

Martın 31-də ekspertlər tərəfindən seçilmış ən yaxşı 10 əsər (“qısa siyahı”) elan olunmışdur.

Bundan sonra MKM-in nizamnaməsinə əsasən, əsərlər 17 nəfərdən ibarət olan münsiflər şurasına təqdim olunmuşdur. Mükafatın münsiflər şurasında yazıçı Çingiz Abdullayev, yazıçı Afaq Məsud, kinorejissor Rüstəm İbrahimbəyov, Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, millət vəkili, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə ibarətdir. Münsiflər 10 ballıq sistemi ilə təqdim olunmuş əsərləri qiymətləndiriblər.

1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən Amerika yazıçının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat məbləğində mükafat veriləcək. www.mkm.az saytındaki internet səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq. Qaliblərin əsərləri çap olunacaq və ictimayyətə təqdim olunacaq.

MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

Tədbir iyunun 4-də saat 12-də Park İnn otelinin Dan Ulduzu zalında keçiriləcək. Tədbirə bütün jurnalistlər, yazıçılar və kitabsevərlər dəvətlidir.
# 1792 dəfə oxunub

Oxşar xəbərlər

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

13:10 13 dekabr 2025
Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

12:00 8 dekabr 2025
Nobel, Dublin, Buker, Pulitzer... - 2025-ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?

Nobel, Dublin, Buker, Pulitzer... - 2025-ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?

15:00 7 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
Ağır daş - Əkrəm Əylislinin hekayəsi

Ağır daş - Əkrəm Əylislinin hekayəsi

12:00 6 dekabr 2025
Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... - İmpressionizmin banisi

Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... - İmpressionizmin banisi

15:31 5 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər