Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib

 Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
31 oktyabr 2012
# 13:15
İRƏLİ” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

APA-nın məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin Mədəniyyət və İncəsənət mərkəzinin rəhbəri Ülviyyə Vəliyeva və Bakı Musiqi Akademiyasının tələbə gənclər təşkilatının sədri Vüqar Hümbətov tədbirin əhəmiyyətini, sənətkarın Azərbaycan musiqisinə verdiyi tövhələri qeyd edərək bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəsilə çatdırmaqdır. Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Gecədə estrada müğənniləri əməkdar artist Lalə Məmmədova, müğənnilər Zamiq Hüseynov, Elçin Cəfərov, Çingiz Mustafayev, Günay İbrahimli, Əfqan Quliyev və Bakı Musiqi Akademiyasının tələbələri sənətkarın mahnılarını yeni versiyada ifa ediblər.

Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, sənət adamları, media qurumları, QHT nümayəndələri, fəal gənclər iştirak ediblər.
# 1875 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər