Özündən narazı qadınlara məsləhətlər

Özündən narazı qadınlara məsləhətlər
12 oktyabr 2012
# 07:15
Seksuallıq ikonası Merlin Monro deyirdi ki, qadına doğru ayaqqabını ver və onun dünyanı fəth etməyini izlə. Ancaq müasir qadın dünyanı fəth etmə şansını bir cüt ayaqqabıya bağlamamalıdır. Gərək daxili inam və seksuallıq da ola.
Bəs seksuallığınıza, özünüzə inanmırsınızsa, nə etməli? Bax, elə bu yazı sizin üçündür…


Özünüzü boş yerə tənqid etməyin!

Qarnım var, kökəldim, burnum böyükdür kimi lazımsız tənqidlərlə özünüzü yormayın. Bədən quruluşundan narazı olanlar daha bu cümlələrdən istifadə etməsinlər.

Zəruri qeyd:

Bədən quruluşunuzla, artıq çəkinizlə bağlı zarafat etməyin.

İçinizdə tənqid baş qaldıran kimi özünüzə vəkillik edin.

Tez-tez gözəl şəkillərinizə baxın. Hətta iş stolunuzu, evinizin divarlarını bu şəkillərlə bəzəyin.

Sizə baxırlarsa, bundan zövq alın!

Kişilərin sizə baxmağından narahat olmayın, əksinə, ev işləri görəndə də sevgilinizin sizə baxmağından zövq alın. Nə badə ağlınızdan “necə görünürəm?” sualını keçirəsiniz. Təbiilik həmişə gözəldir.

Bilin ki, kişilər qadın bədəninin hansısa yerinə xüsusi baxmır, ümumi şəkildə dəyərləndirir. Üstəlik hansı yeri bəyənməsələr, bir daha ora baxmamağa çalışırlar. Yəni sizə kimsə baxırsa, mütləq bəyəndiyindən edir bunu.

Diqqətiniz burda olsun:

Hamamda olduğunuz müddəti uzadın. Çılpaqlığınıza nə qədər çox öyrəşsəniz, başqası sizə baxanda o qədər rahat olacaqsınız.

Yeni yerimə tərzi öyrənin. Unutmayın ki, Merlin Monro axsaq olsa da, dünyanın ən seksual yerişinə malik idi. Bir az məşq yetərlidir. Sizin yerişinizdən də əminlik yağmalıdır.

Fərqli məkanda, fərqli insanlarla oturanda küncə qısılıb oturmaq əvəzinə dil tapmağa, ordakı kişilərin diqqətini cəlb etməyə çalışın.

Özünüzü müqayisə etməyin!

Top modellərin bədən quruluşuna həsəd aparmaq ancaq vaxt itkisidir. Çünki heç kim mükəmməl deyil. Hətta o modellərdən də soruşsanız, mütləq bəyənmədikləri hansısa xasiyyətləri, yaxud bədən üzvləri var. Siz isə əksini edin, zəif cəhətlərinizdənsə, güclü tərəfləriniz haqqında fikirləşin.

Qulağınıza sırğa edin:

Seksuallığınıza yönəlin. Çünki kişilərin çoxu top model görünüşlü qız axtarmır.

Özünüzü olduğunuz kimi qəbul etməlisiniz, alternativ yoxdur. Başqa qadınların yaxşı, gözəl cəhətlərini düşünən kimi özünüzünküləri də yadınıza salın.

Hansısa paltarı geyinəndə “Bu məni kök göstərir”, “Yaxşı olmadı” kimi sözlər deyəndə, başqalarından “məncə, elə deyil”, “çox yaraşır” sözlərini gözləməyin.

Özünüzə qarşı tolerant olun.

Tərifləri qəbul edin. Çox təvazökar olmayın.

Narahatlığınızı biruzə verməyin.

Özünüzə bir gün ayırın və bütün paltarlarınızı töküb sizə ən çox yaraşanları seçin.

Seksual alt paltarları geyinin.

Hazırladı: Rəna Nevzat
# 2169 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər