Carmuşun Amerikası
Amerikanı yalnız Çim Carmuşun filmlərində sevirəm. O, yozumunda tamamilə fərqli Amerikanı göstərir.
Onun Amerikasında Hollivud filmlərində görməyə adət etdiyimiz dəbdəbəli reklam lövhələri, qlamurluq, gur küçələr, bahalı evlər, avtomobillər, səfeh zarafatlar, zəvzəklik edən amerikalı obrazı yoxdur.
Çim Carmuşun Amerikası iddiasızdır, tənhadır, yorğundur, Antonioninin filmləri qədər ekzistensialdır.
Onun kamerasına tuş gələn şəhər təsvirləri səliqəsiz, çirkli və adamsızdır.
Carmuş filmlərinin Amerikasında praqmatizm yoxdur. Onun Amerikası ziddiyyətlidir: eyni zamanda kədərli poetikaya və yumora bürünüb.
Bu, Carmuşun özünü rahat hiss edə biləcəyi Amerikadır.
Bu, yalnız onun görə biləcəyi Amerikadır.
Və bu Amerika məhz onun kəşfidir.
O, zahiddir. Kinoya iddiasız münasibətinə, həyatdan minimal istəklərinə görə.
Carmuşun qəhrəmanları da iddiasızdır, onlar həmişə nəsə axtarır, dözülməz dərəcədə darıxır, daim harasa, uzaqlara getmək istəyirlər.
Meqapolislərin yorduğu personajlar özlərini hər yerdə yad hiss edirlər.
Carmuşun təbirincə desək, onlar autsayderdilər.
Personajların dialoqları, bir qayda olaraq gündəlik həyatın xırda, az əhəmiyyətli problemlərinə söykənir.
Bunlar həm də ovqat filmləridir.
Onun filmlərində adətən böyük, gərgin konfliktlər, dramatik vəziyyətlər olmur. Hətta “Nəzarətin limiti” adlı son ekran işinin janrı kriminal olsa da hadisələr sakit, həyəcansız baş verir. Bunun üçün rejissor digər filmlərində olduğu kimi statik kameradan istifadə edir.
Özünün də dediyi kimi bu üsulla qəhrəmanın daxili aləminin, düşdüyü vəziyyətin tamaşaçı tərəfindən dərkinə çalışır.
Carmuşu həm də onun Holliuvd imperiyasına baş əymədiyinə görə sevirəm. O, müstəqil Amerika kinosunun pionerlərindən biri Con Kassavetisin layiqli varisi sayılır.
Hollivuddan gələn təklifləri rədd edən, onlarla əməkdaşlıq etməkdənsə pulsuz yaşamağı üstün sayan rejissor deyir: “Mənə göndərilən ssenarilərin hamisi karyera və şöhrətpərəstlik haqdadır. Ona görə Hollivudda işləmək istəmirəm”.
Carmuşa, onun bir neçə filminə musiqi yazmış bəstəkar Con Lurini tanıtmasına görə də minnətdaram.
Lurinin asketik, meditativ caz kompozisiyaları Carmuş filmlərinin ritmi ilə orqanikləşir.
Dünya kinematoqrafiyasında bir neçə rejissora sakral duyğularım var. Carmuş onlardan biridir.
Əgər nə vaxtsa onunla görüşsəydim, əllərini sıxıb, bizi bu qəddar, ifrat maddiləşən dünyadan qoparıb çox doğma, rahat yerə aparan filmlərinə görə təşəkkür edərdim.
Qeyd: Bir neçə dəfə Kann festivalının mükafatçısı olmuş Carmuşun filmləri: “Əbədi tətil”, ”Cənnətdən daha qəribə”, “Qəhvə və siqaretlər”, “Sirli qatar”, “Yer üzündəki gecə”, “Ölü”, “Qırılmış güllər”.

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?
09:00
30 iyul 2025

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?
09:00
29 iyul 2025

Sevgili cin - Kamal Abdullanın hekayəsi
14:05
28 iyul 2025

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri
17:00
27 iyul 2025

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli
10:00
27 iyul 2025

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid
10:00
26 iyul 2025