"Hər bir xatirə onun əslinə zərər vurur..." - Kormak Makkarti

"Hər bir xatirə onun əslinə zərər vurur..." - Kormak Makkarti
13 iyun 2026
# 13:30

Bu gün amerikalı yazıçı, dramaturq və ssenarist Kormak Makkartinin anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri Sevinc Mürvətqızının təqdimatında təqdim edir.

— İndi yaddaşına həkk edəcəyin hər şey əbədi olaraq səninlə qalacaq. Bu barədə yaxşıca düşün.
— Amma bəzi şeylər unudulur axı, hə?
— Bəli, yadda saxlamaq istədiyini unudacaqsan, unutmaq istədiyini isə həmişə xatırlayacaqsan.

***

Bu dünyada hər şey kökündən qopardılıb, cansız-bozumtul havadan asılı qalıb; hər şey tək bir nəfəsdən — qısa və zəif bir nəfəsdən asılıdır. Niyə axı mənim ürəyim daşdan deyil?

***

Hər bir xatirə onun əslinə zərər vurur. Fərqində olsan da, olmasan da, xatırladığın hər şeyi dəyişdirirsən.

***

Əgər kiçik şeylərdə sözünün üstündə dura bilmirsənsə, mütləq ən vacib məqamda da vədinə xilaf çıxacaqsan.

***

Elə bilirsən ki, səhər oyananda dünənki günün heç bir əhəmiyyəti qalmır. Amma əslində yalnız onun əhəmiyyəti var. Ondan başqa nəyin var ki? Sənin həyatın günlərdən ibarətdir, onlardan qurulub. Başqa heç nədən. Elə zənn edirsən ki, qaçıb getmək, adını dəyişmək və daha nələr nələr etmək olar. Hər şeyə yenidən başlamaq olar. Sonra isə bir sabah oyanıb tavan zillənirsən və yataqda uzananın kim olduğunu anlamağa çalışırsan — sənsən, yoxsa başqası?

***

— Haradasa yaxşı adamlar var axı. Özün demişdin.
— Demişdim.
— Bəs haradadırlar onlar?
— Gizlənirlər.
— Kimdən?
— Bir-birlərindən.

***

"Sonra" deyə bir şey yoxdur. Sonra —-elə indinin özüdür.

***

Bu gün artıq heç kim yaşamaq istəmir, amma heç kim ölmək də istəmir.

***

Tamamilə tənha olan birinə yalnız özünə birini xəyal etməyi məsləhət görmək olar. Ona can verməyi, sevgi sözləri ilə könlünü almağı... Son tikə çörəyini ona verməyi, təhlükədən öz bədəni ilə qorumağı.

***

— Ata, o balaca oğlan yadındadır?
— Bəli, onu xatırlayıram.
— Səncə, o sağ qaldı?
— Məncə, bəli.
— Səncə, o azıb?
— Yox. O azmayıb.
— Amma mən qorxuram ki, azıb.
— Düşünürəm ki, hər şey yaxşıdır.
— Yaxşı, bəs azsa, ona kim kömək edəcək? Balaca oğlanı kim xilas edəcək?
—Xeyirxahlıq. Həmişə belə olub, belə də olacaq.

***

Çox sual verməyən iki növ insan var. Birincilər həddindən artıq axmaqdırlar, ikincilərə isə hər şeyi anlamaq üçün soruşmağa ehtiyac yoxdur.

***

İnsanlar həmişə gələcəyə hazırlaşırlar. Mən isə bu barədə heç vaxt narahat olmamışam. Gələcək onları gözləmir. O, heç onların varlığından belə xəbərdar deyil.

***

On doqquz yaşında insan artıq kifayət qədər yetkindir ki, anlasın: əgər o, bu dünyada hər şeydən çox dəyər verdiyi bir şeyi tapıbsa, böyük ehtimalla bunu onun əlindən alacaqlar. Doğrusunu desəm, bunu elə on altı yaşında da anlayırsan. Mən durmadan bu barədə düşünürəm.

***

Gündüzlər günəş, əlində şam tutmuş yaslı bir ana kimi yer kürəsini dolanır.

# 1010 dəfə oxunub

Oxşar xəbərlər

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

10:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

18:40 30 oktyabr 2026
"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

14:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər