“Görüşərik” xəbər kimi mübtədadan yaxşıdı - Elvin Bakiroğludan yeni şeirlər

“Görüşərik” xəbər kimi mübtədadan yaxşıdı - Elvin Bakiroğludan yeni şeirlər
6 iyun 2020
# 16:31

Kulis.az şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

göy üzündən xoş xəbər tapıb qopara bilmir
çanaq qulaqlarını şəkləmiş damlar belə.
ayağını dünyadan çəkib apara bilmir
əllərini həyatdan üzmüş adamlar belə.

adam keçmişə dönür, uşaqlığa qayıdır,
çoban baxışlarıyla çağırır uzaqları.
bilmirəm hansı ildi amma iyul ayıdı,
isti kanala çəkir ən kasıb uşaqları.

dalğalanmış uşaqlar, ləpələnmiş uşaqlar,
çamurlu üzləriylə təmizdilər, pakdılar.
kanalın üzərinə səpələnmiş uşaqlar
elə bil ki ağacdan tökülən yarpaqdılar.

amma hələ yaşıldı cizgiləri, rəngləri,
lap çox, lap çox sonralar saraldılar, soldular.
heç kim, heç kim bilmədi axı nə vaxtdan bəri
yaşıl yarpaqlar dönüb yaşlı yarpaq oldular.

bir üzü bahardısa yarpağın bir üzü qış,
bilinmir nə qədərdi hansının arxasında.
lap çox necə qısaymış, lap çox necə azıymış,
ömür necə keçirmiş iki rəng arasında.

bir oyunun içində möcüzə sıralanıb,
gör necə maraqlıdı, düzülüb xanalara.
qabaq qabağa durub, üz-üzə sıralanıb
gecə-gündüz, günaş-ay, sarı-yaşıl, ağ-qara.

göy üzündən xoş xəbər tapıb qopara bilmir
çanaq qulaqlarını şəkləmiş damlar belə.
ayağını dünyadan çəkib apara bilmir
əllərini həyatdan üzmüş adamlar belə.

***

“bir də çətin görüşərik” “əlvida”dan yaxşıdı,
“görüşərik” xəbər kimi mübtədadan yaxşıdı.


heç kim öz qiymətin almır tarixsiz və zamansız,
bəzən haqqın ətəyində namaz qılır imansız,
əzəmətli dağları da görmək olmur dumansız,
ən vəfalı adam belə düşmən olur amansız,
ən amansız düşmən belə bivəfadan yaxşıdı.

elə səs-küylü gəldilər, bilmədik sükutdular,
o qızlar ki biz sevirdik, bizləri unutdular,
onsuzda biz uduzmuşduq, nahaq yerə uddular,
qarğışları gəlib bizi sevmək üstə tutdular,
onlar üçün daş adamlar müqəvvadan yaxşıdı.

ilk baxışdan başlayırmış savaşın macərası,
sevən adam yaşayırmış üstündə qumbarası,
heç özü də bilmir nə vaxt partlayacaq harası,
bu ayrılıq mirət ki var, şipşirindi yarası,
çox yaxşıdan fənadırsa, çox fənadan yaxşıdı.

bu ürəyin sevmək üçün hər şeyi var içində,
bəs bu qayıq niyə batdı qoşa avar içində?
quzunun da ola bilər bir canavar içində,
Məcnun çöldə dəli oldu, mən dörd divar içində,
o Leyliyə qurban olum, bu Leyladan yaxşıdı...

# 2798 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər