Kulis.Az Rövşənin erotik şeirlərini təqdim edir:
düşmə arxamca
əllərimdən tutma
yaralı quş kimi çırpınma sinəmdə
baxışlarım azdırmasın səni
dediyim sözlərə uyma
üzümdəki
yandırdığım siqaretin işığıdı
nur-filan deyil
ürəyim qadın qəbristanlığıdı.
Ağı, qarası, sarışını
Hər gecə
Qoşun çəkib
Zəbt edirlər ürəyimin hər qarışını
yuxumun şirin
yerlərini didib dağıdırlar
gözləriylə, dişləriylə, dırnaqlarıya
ağıllı ol
yaxın gəlmə mənə
eləcə uzaqdan dur bax
istəyirsən elə burda
qurtaraq...
Gənc zoofillərə nəsihət
Gəncliyinə heyfin gəlsin!
Qıyma itə!
Qoyma itə!
Ayrılıq
Bu nə gündü səndən sora
Bu nə həyatdı
Qulluğumda dursunlar deyə
Səni mənə unutdursunlar deyə
Yanaşdığım xanımlar
Ya qız çıxır
Ya da aybaşı.
Ssenari
Bax burda sən döyməlisən qapımı
Mən ucadan:
-buyurun keçin-deməliyəm
Sən məndən bir çimdik duz istəməlisən
Mən nədənsə sevinə-sevinə deməliyəm ki
Duz yoxdu
Üzbəüz otaqdan televizorun səsi gəlməlidi bu ara
Xəbərləri bəhanə gətirib
Keçməlisən dəhlizdən otağa
Oturmalıykən uzanmalısan divana
Hava haqqında məlumatı dinləyib
Deməlisən ki bu gün hava yaman istidi
Mən də başımla sənin sözünü təsdiqləməliyəm
əl atıb köynəyinin düymələrini açmalısan
məni də çağırmalısan divana
sonra...
sonra qalxıb güzgü qabağında
üst-başını geyməlisən aram-aram
gedərkən təbəssümünü
su kimi atmalısan üstümə
qonşuluqdakı marketə getməlisən duz almağa
dükanda ərinlə qarşılaşmalısan
birgə bazarlıq eləyib
gülə-gülə qalxmalısız pillələri
gecə arxanı ərinə çevirib
özünü yuxuluğa vurub düşünməlisən
evdə duzun olmaması
nə qədər ləzzətli və gözəldir
səhərin qafiyəsi
elə ki gün doğdu
elə ki səhər açıldı
quşlar ötüşdü
itlər hürüşdü
yadıma günahlarım düşdü
üz tutdum günəşə
bir qafiyə qayırdım səhərə
dən atdım quşlara
çıxdım şəhərə...
gün batdı
səhər söndü
quşlar yedilər doydular
uçdular getdilər
mən evimə sağ-salamat döndüm
deyəsən
günahlarım bağışlandı
mırt
baxdım, baxdım bayıldım
nə gözəldi gözlərin
amma qısa geymisən
və görünür hər yerin
diqqətini çəkirsən
harda olsan hamının
otursan əllərinlə
ört üstünü sən barı
yaman dardı paltarın
yançağın gəl-gəl edir
səndən bir az aralı
gəzişir var-gəl edir
qorxuram çatılanda
sapdan nazik qaşların
hara baxır görəsən
qeyrətli qardaşların
yenə də əlli rəngə
boyanıbdı tellərin
bu adəti olmayıb
bizim məğrur ellərin
moda atelyesində
xidmət var insanlara
orda paltar tikirlər
sən kimi nisvanlara
hər nə geysən ətəyi
dizdən aşağı olsun
arzum budu hamının
oğlu-uşağı olsun
iskra
Üst-başınız gözəl xanım
İnqilab içindədi
Baxıram sizə
Inqilabi anlar yaşayan
Şəhərlər kimi
Qaynaşır içim
Tez olun
Bir qərar verin-
Bu üsyanı
Tez-bazar yatırmaq gərək
Fərq
Onun gözləri maviydi-noolsun
Mənim də çiyinlərim enliydi insafın olsun
Onun gözəl kostyumu vardısa
Mənim də xət-xət qalstukum vardı boynumda
Onun ayaqları yekəydisə
Mənim də
Türkün sözü...
Sevgim yekəydi
Dürrü-yetim
əruzxanadır vahid poeziya evi
həftənin bazar günləri
əruza məruzxanadır
hər bazar günü
səhər saat 10-da
dillərində dürlü-dürlü kəlamlar
şeir oxuyur əmimlər və xalamlar
oxuduqları ustadanə
dürrü-yetim
azərbaycan mətbəxinə dair
küftəilün dolmailün aşilün
küftəyiyün müftəyiyün payilün
müftəilün müftəilün payilün
Ağabala Maskovskinin şeiri
torpaqlarımız ermənilərin pəncəsindədi
vətənə döyüşən oğullar lazımdı
gedirəm vətəni qorumağa
bu
bizim bir yerdə ola biləcəyimiz
son gecədi maşacan
odur ki
belini bir qədər aşağı əy
ayaqlarını bir qədər aralı qoy
başınısa dik tut maşacan
tez-tez arxaya baxıb boylanıb
mənim üçün ayrılığı
daha-daha ağırlaşdırma
üzünə baxmadan ayrılmaq istiyirəm səndən
ürəyimdə vətən dərdi el dərdi
Müsəlmanın ölümü
Başın hanı gözün hanı baxışın hanı
Burnun hanı əlin hanı ayağın hanı
Dilin hanı ağzın hanı qolların hanı
Səsin hanı ruhun hanı gülüşün hanı
Saçın hanı çiynin hanı dişlərin hanı
Yanın hanı suyun hanı avtafan hanı
Unut pencəyimi
unut gözlərimi
unut ayaqlarımı
unut nə demişdimsə
sözlərimi unut
meşə ildırım vurmuş ağacı
necə unudursa
sən də eləcə unut əllərimi
dirsəyi süzülmüş pencəyimi unut
sevmə məni
sevmə məni
Yol əhvalatı
Sən avtobusdan düşəndə
bir qədər əyildin, gülüm,
Belinin tüklərini göstərdin mənə
və hamıya.
Düşdün.
Mən səndən bir oturacaq arxada,
Içim Xəzər kimi dalğalandı..
Baş verə biləcək qəzanı
Almadan nəzərə,
Bir anlığa sürücü də bizə qoşulub
Gözlərini yumdu ləzzətlə.
O qızı tapın
Bədəni həmişə qızdırma içində,
Döşləri tennis topu kimi bərk.
Dalı Cenifer Lopesin dalından
Ayaqları dizdən yuxarı bir qədər əyri.
Öpüşdüyü zaman qəribə səslər çıxardır
İt balası boşqabdan isti süd içir sanki.
Gecə düşən kimi baxışlarından
Səhmanı pozulmuş yataq iyi gəlir.
Qaşları 40 nömrə sarı sap
Balaca qulaqları, qəşəng çənəsi var.
İşvəsinə, ədasın, nazına söz yox,
Yeriyəndə tərpənir sinəsi amansızcasına.
Bilmirəm bu qızda nə adətdi-öldürsəndə
Yay girdimi, alt paltarı geyinməz.
Anna Andryevna,
Anatoliya İvanovna,
Marina Petrovna,
Sizi and verirəm-
İndiyə qədər biz qafqazlılardan aldığınız
Qızılgül dəstələrinə, şokolad qutularına,
Şampan şüşələrinə,
O qızı tapın.