"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər
26 may 2026
# 11:00

Kulis.az Həmid Herisçinin antişeirlərini təqdim edir.

DEPRESYONDAYIM

Depresyondayım,
Düşdüm "black out"a,
Xəbər sızdı sarı mətbuata!
Bil, bu xarabada
elə bir foto çəkməlisən ki,
zibil vedrəsi düşməsin fotokadra!
Əks nəticəlidir burda
Reklam çarxlarındakı
"Sağlam qida"!
Çexovun yazdığı "6-cı palata" da,
Qollarımız mütləq
Çevrilməliydi ya qanada,
Yaxud paslı qandala!
Bu əlkimyanı rejissor Əlisəttar Atakişiyev yaxşı göstərib,
elə bil rəngləyib,
Rəndələyib
"Sehrli xalat" da!
Depresyondayım,
Depresyonda!
Futbolçularla cərimə skamyasını bölüşürəm
Alt şüurumda!
Bank soymaq girir hərdən ağlıma,
nələrsə yazılır alnıma...
depresyondayım, depresyonda,
unutuldum, aldatıldım....
Çok yalnızım.
Ancaq yenə də sən tərəfə
daranır mənim sevgim, mənim saçım!
Daxili duyğularımı
Hamı kimi,
Kseroksda çoxaltmadım!
Depresyondayım,
Depresyondayım....
Unuduldum, aldatıldım!
Çox yalnızım.

SU TAPANÇASI

Uşaqlıqda dükana girib,
su tapancası aldım özümə.
Day sonra nə girdisə gözümə,
məhkumdu ölümə!!!
İlk qurbanım, oldu təbii, məktəbdəki zəhlətökən müəllimə...
Qulp qoyurdu ingilis dilimə.
Qızışdım, sonra atəş açdım axmağın birinə
küçəmizin yiyəsiz itinə,
lap axırda, baxmadan gözlərindəki dərin kədərinə
atəş açdım,
yoldan ötən bir sovet zabitinə!
Yaş köynəyi yapışdıqca bədəninə,
o sanki bürünürdü kəfəninə,
O zabiti, həqiqətən, öldürdülər Əfqanıstanda
az sonra...
"Su tapancam, bu tapmacam girmişdimi
O zabitin
Gözlərindəki
son kinokadra?
Silkələmişdimi onu bu abrakadabra?"
Belə sualların cavabını verə bilər ancaq kraliça Kleopatra!
Kitablardan şəhvətli Kamasutra!
Qoy buna öz mahnısını bəstələsin
Müğənni Frenk Sinatra!
Alın, bilet satıram həyatımdakı bu canlı teatra!

Bunu həll etmək istədi Rafiq Tağı, Şahzadə Dipendra
Cənnətə, yaxud cəhənnəmə gedən son qatarda
Bu haqda
Sualım var filosof Jan Pol Sartra!!!

# 1501 dəfə oxunub

Oxşar xəbərlər

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

15:30 15 oktyabr 2026
"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər