Qocalar avtobusu - Riçard Brotiqanın hekayəsi

Qocalar avtobusu - Riçard Brotiqanın hekayəsi
14 sentyabr 2026
# 13:00

Kulis.az amerikalı yazıçı Riçard Brotiqanın "Qocalar avtobusu" hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edir.

Mən də hər kəs kimiyəm. San-Fransiskoda yaşayıram. Ana Təbiət məni avtobusa da minməyə vadar edir bəzən. Misal üçün, elə dünən. Ayaqlarımın hey qalmamışdı məni Kley-stritə aparmağa, odur ki, avtobus gözləyirdim.

Deməzdim dilxorçu gündü: çox gözəl, ilıq, son dərəcə aydın bir payız havası vardı. Bir qarı da avtobus gözləyirdi. Belə desək, adi bir qarı. Yığcam çantası, əllərini tərəvəz qabığı kimi kip bürümüş ağ əlcəkləri vardı. Motosikletdə bir çinli gəlib keçdi. Mat qaldım. Çinlinin motosiklet sürməyi qabaqlar heç ağlıma gəlməzdi. Gerçəklik bəzən adamı elə bərk qısnayır ki: eynilə o qadının əllərini kip bürümüş "tərəvəz qabığı” kimi.

Avtobus gəldi, sevindim. Gözlədiyin avtobus gələndə bəlli bir fərəh duyursan. Söz yox, bu, cılız, ötəri bir fərəhdir və bundan artığı heç mümkün də deyil.

Mən qarıya yol verdim, özüm də, lap orta əsrlər ədasıyla, onun ardınca addımlayıb, darkeş pilləkənlə avtobusa qalxdım.

On beş sent atıb, özümçün adi ikigedişli bilet götürdüm, halbuki buna gərək yoxdu. Mən həmişə ikigedişli bilet alıram. Avtobusda gedəndə əlimdə məşğulatım olur. Məşğulata ehtiyacım var.

Oturub o biri sərnişinləri gözdən keçirirdim, hardasa bir dəqiqə sonra anladım ki, avtobusda nəsə bir qəribəlik var… O birilərə də təxminən eyni vaxtda çatdı ki, avtobusda vəziyyət birtəhərdir, həm də bu birtəhərliyin səbəbi mənəm.

Mən gənc idim. Qalanlar, yəni avtobusdakı, kişili-qadınlı, hardasa on doqquz adam altmış, yetmiş, səksən yaşlarındaydı, bircə mənim iyirmi yaşım vardı. Onlara mənə baxırdılar, mən də onlara. Hamımız naqolay, narahat durumdaydıq.

Bu necə olmuşdu? Niyə biz qəflətən qəddar taleyin əlində oyuncağa çevrilmişdik, niyə beləcə bir-birimizdən gözümüzü çəkə bilmirdik?

Yetmiş səkkiş yaşında bir kişi pərtlikdən plaşının balağını dartışdırdı. Altmış üç yaşında bir qadınsa bəyaz burun dəsmalıyla ovcunu, sonra da bircə-bircə barmaqlarını silməyə başladı.

Onlara itirilmiş gəncliklərini, miskin ahıllıqlarını bu qədər yöndəmsiz, amansız şəkildə xatırlatdığım üçün dəhşət pis olmuşdum. Biz niyə bu lənətə gəlmiş avtobusun oturacaqlarının üstündə həftəbecər salatına dönməliydik axı?

İlk fürsətdəcə avtobusdan düşdüm. Düşməyim hamını sevindirdi, özüm isə hamıdan artıq şad oldum.

Dayanıb avtobusun arxasınca baxırdım: onun qəribə yükü artıq rahatlığa çıxmışdı, zamanın yollarında gedə bildiyincə gedəcəkdi – ta gözdən itənəcən.

# 774 dəfə oxunub

Oxşar xəbərlər

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər