Bacıya çörək - Rövşən Əziz

Rövşən Əziz

Rövşən Əziz

23 noyabr 2021
# 12:23

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rövşən Əzizin "Bacıya çörək" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Dostum Cahid çox çalışqan və ailəsinə qarşı qayğıkeş insandır. O, qazancının hamısını ailəsi üçün xərcləyir, bacardığı qədər həyat yoldaşına və övladı olan 4 yaşlı Sədaya çox diqqətlə yanaşır, əlindən gələni əsirgəmir.

Bir axşam yeməyində Cahid ailəsi ilə birgə balıq və toyuq qızartması yeyə-yeyə televizora baxırdı. Televizorda Afrikanın kasıb ölkələrinin birinə səyahət edən səyyah əlində sendviç yeyə-yeyə oranın adət-ənənəsi haqqında kameraya danışırdı. Səyyah ingilis dilində danışırdı, amma veriliş türk dilinə dublaj olunmuşdu. Gəzə-gəzə kameraya danışan səyyahın qarşısına qəfildən 4-5 yaşlarında bir qız uşağı çıxır və səyyahın əlindəki sendviçi ona verməsi üçün ağlayır. Səyyah sendviçi balaca qıza verir və qız sevincək formada sendviçi tez-tez yeyir. Səyyah kövrəlir və deyir ki, balaca, deyəsən, çoxdandı ac idi.

Cahidin qızı Səda atasından soruşur ki, qız niyə ağlayırdı? Cahid deyir ki, bacı ac qalmışdı, əmi ona çörək verdi.

İki gün sonra Cahid evdə qızı ilə balaca topla oynayırdı. Top həmin televizor asılan şkafın arxasına düşür. Səda topu çıxara bilmir, ağlayır ki, ata gəl topu mənə ver. Cahid şkafın arxasından topu götürəndə görür ki, şkafın arxasında 4-5 ədəd çörək dilimləri var. Yoldaşına deyir ki, çörək dilimlərini bura kim yığıb. Səda deyir ki, ata mən qoymuşam. Bacı bir də ac qalmasın deyə ona çörək qoymuşam. Televizordan gəlib götürüb çörəyi yesin.

Bu vəziyyət Cahidi və həyat yoldaşını çox duyğulandırır. Onlar Sədanı bərk-bərk qucaqlayıb öpürlər. Bir müddət hər axşam yeməyində səyyahdan sendviç istəyən balaca qız Cahidin yadına düşür. Hər dəfəsində ağıllı və mərhəmətli qızı Sədanı bərk-bərk qucaqlayıb öpürdü.

# 10636 dəfə oxunub

Oxşar xəbərlər

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

14:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər