Zeki Müren haqqında qalmaqallı iddia: "Xarici güclər tərəfindən istifadə edilib"

Zeki Müren haqqında qalmaqallı iddia:  "Xarici güclər tərəfindən istifadə edilib"
12 fevral 2025
# 10:57

Məşhur musiqiçi Özdəmir Ərdoğan verdiyi son müsahibədə Zeki Mürendən müəyyən güclər tərəfindən şou məqsədləri üçün istifadə edildiyini iddia edib.

Kulis.az xəbər verir ki, o, "Xarici güclər və imperialistlər tərəfindən istifadə edilib" deyərək, Zeki Mürenin Türkiyənin ailə həyatını pozmaq üçün məqsədli şəkildə formalaşdırıldığını bildirib.

"Xarici güclər tərəfindən istifadə edilib" – Özdəmir Ərdoğan nə demək istəyir?

Onun fikrincə, Zeki Müren sadəcə bir musiqiçi deyil, müəyyən dairələrin Türkiyə cəmiyyətinə təsir etmək üçün istifadə etdiyi bir simvol olub.

Ərdoğanın bu açıqlamaları, xüsusilə də Türkiyə musiqi tarixi və sənətçilərin siyasi təsiri mövzusunda maraq doğurub.

"Paşa" ləqəbi məqsədli verilmişdi?

Özdəmir Ərdoğan Zeki Mürenə verilən "Paşa" ləqəbinin təsadüfi olmadığını düşünür. Onun sözlərinə görə, "Paşa" Türkiyədə ordunun ən şərəfli rütbələrindən biridir və bu ləqəbin ona verilməsi planlı bir addım olub."

Zeki Müren "Sənət Günəşi" kimi tanınır. Lakin Özdəmir Ərdoğana görə, bu ifadə səhv işlədilib. O, bu fikrini belə izah edir:

"Yerli bir dəyər sənət günəşi ola bilməz! Bütün bunlar şöhrət üçündür."

Qeyd edək ki, 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gələn Zeki Müren vərdiş edilmiş qəlibləri aşmış paltarları və səhnədəki rəftarları ilə xalqın marağını davamlı olaraq üstündə tutmağı bacarıb. 1955-ci ildə "Manolyam" adlı mahnısıyla Türkiyədə ilk dəfə verilən Qızıl Val Mükafatını qazanıb. 1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görüldü. 1958-ci ildə ehtiyat zabit olaraq Çankırıda əsgərliyini etdi. 1961-ci və 1969-cu illər arasında bir eşq yaşayıb, amma heç evlənməyib. 1996-cı il 24 sentyabr TRT İzmir Televiziyasında özü üçün təşkil edilən mərasim zamanından 5 dəqiqə sonra keçirdiyi infarkt nəticəsində həyata gözlərini yumub.

# 2265 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər