Yeni layihə: "Milli opera incilərimiz"

Yeni layihə:  "Milli opera incilərimiz"
3 may 2025
# 10:17

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Milli opera incilərimiz” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində teatrın opera truppasının solistləri milli opera sənətinin ən yaxşı vokal nümunələrini ifa edəcəklər.

Kulis.az xəbər verir ki, ilk konsert proqramı mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində olacaq. Proqramda Azərbaycan bəstəkarlarının şah əsərlərindən fraqmentlər səsləndiriləcək.

Teatrın simfonik orkestrinin və xor kollektivinin müşayiəti ilə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Pikə Axundova və Siyavuş Kəriminin əsərləri ifa olunacaq.

Səhnədə Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, eləcə də solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə və Səma Həmzəyeva çıxış edəcəklər.

Dirijor - Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevdir. Xormeyster - Əməkdar artist Sevil Hacıyevadır. Layihənin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Layihənin məqsədi zəngin milli musiqi irsini nümayiş etdirmək və klassik opera sənətini təbliğ etməkdir. Bundan əlavə, bu nadir ənənənin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə verməkdir.

# 2065 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər