Bugünkü ədəbiyyatşünaslığın "Hophopnamə"si - MÜZAKİRƏ

Bugünkü ədəbiyyatşünaslığın "Hophopnamə"si - MÜZAKİRƏ
5 iyun 2017
# 12:17

İyun ayının 3-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin konfrans zalında ədəbiyyatşünas alim İradə Musayevanın “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” (Bakı, “Elm və təhsil”, 2017, 724 səh) adlı kitabının müzakirəsi keçirilib. Kulis.azın məlumatına görə filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlının maderatorluğu ilə aparılan müzakirə tanınmış ziyalıların, ədəbiyyatşünasların və ədəbi orqanlar, sayt rəhbərlərinin, jurnalistlərin iştirakı ilə reallaşıb.

Kitabın profilinə uyğun (dünya ədəbiyyatı, klassik ədəbiyyat, tərcümə problemləri, roman problematikası, poeziya, ədəbi mətbuat və s. fəsillərlə bağlı) müxtəlif istiqamətli çıxışlar, mütəxəssis rəyləri tədbirin maraqlı keçməsinə səbəb olub. Kitabın klassik ədəbiyyatla bağlı fəslinə daxil olan məqalələr haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Elmi inkişaf və tədris layihələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamil Allahyarov, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, tərcümə məsələlərinə həsr olunmuş məqalələr barədə filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi Kamran Nəzirli, müasir ədəbiyyatşünaslığımızın nəzəri-estetik, elmi-tarixi problemlərindən bəhs edən tədqiqatlar haqqında “Azərbaycan” jurnalının baş redaktoru, tərcüməçi, yazar İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, yazıçı-publisist Səyyad Aran əsas çıxışçı kimi fikirlərini bildiriblər.

Çıxışlar ətrafında müzakirələr canlı və polemik keçib. Professor Kamil Allahyarov çıxışında qeyd edib ki, "Bu kitab ədəbi tənqidin, bugünkü ədəbiyyatşünaslığın "Hophopnamə"sidir, ədəbi-nəzəri elm sahəsindəki boşluqlara, ağrılı problemlərə cəsarətlə müdaxilə edən prinsipial, ədalətli mövqeyi ilə ədəbiyyatşünaslıq problemlərini ədəbi ictimaiyyətin diqqətinə çatdıran, ədəbi tənqidlə bağlı mən deyərdim ki, ən çox oxunan yazılar müəllifi İradə Musayeva bu gün bu sahədə sanki bizi sıxan bütün yaralara əl basa bilib...

İradə Musayevanın həmkarları-tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Bakı Dövlət Universitetinin dosenti, tənqidçi Məti Osmanoğlu kitabın ümumi məziyyətlərindən, roman janrının nəzəri-estetik problemlərinə həsr edilmiş məqalələrdən, dünya ədəbiyyatının tanınmış simaları haqqında yazılmış yazılardan ətraflı söz açıblar. 724 səhifədən ibarət sistemli tədqiqatlar toplusu olan kitabdakı yeni baxış, fundamental yanaşma özəlliklərinin tədris prosesi üçün də əhəmiyyətli olduğunu diqqətə çatdıran ədəbiyyatşünaslar kitabdan dəyərli, praktik əhəmiyyəti olan dərs vəsaiti kimi ali məktəblərin filologiya fakültələrinin tələbələrinin yararlanacağını da bildiriblər.

Daha sonra Bakı Dövlət Universitetinin professoru, tanınmış ziyalı Qulu Məhərrəmli, “Artkaspi.az” saytının rəhbəri, şair-publisist Fərid Hüseyn, pedaqoji elmlər doktoru Sevda Tağıyeva və digər iştirakçılar İradə Musayevanın çağdaş ədəbi prosesdəki ədəbi tənqid və ümumən ədəbiyyatşünaslıq elmi sahəsindəki fəaliyyətinin özəlliklərindən ətraflı söhbət açıb, təqdim olunan kitabın ədəbi cameədə müsbət əks-səda doğurduğunu vurğulayıblar.

Qeyd: Müzakirənin mətni tam şəkildə yaxın günlərdə mətbuatda dərc olunacaq.

# 1692 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər