Xalq artistinin yubileyinə həsr olunmuş konsert keçirilib

Xalq artistinin yubileyinə həsr olunmuş konsert keçirilib
9 noyabr 2019
# 13:40

Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, konsertdən əvvəl çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, belə gözəl gündə bu möhtəşəm mədəniyyət ocağında Yalçın Adıgözəlovun yaradıcılığına nəzər salmaq olduqca xoşdur. O, dirijoru yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin Yalçın Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında süərəncamını oxuyub. Nazir bildirib ki, bu sərəncam dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən diqqət və qayğının göstəricisidir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Yalçın Adıgözəlova təbrikləri çatdırılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, mədəniyyət ocağı olan filarmoniya hər zaman azərbaycanlıların qəlbinə doğma olub. Bu səhnədə möcüzələr baş verib, görkəmli sənətkarlar insanların qəlbini fəth edib. Bildirib ki, Yalçın Adıgözəlovdan əvvəl bu səhnədə onun babası Zülfü Adıgözəlov çıxış edib. Qeyd edib ki, Yalçın Adıgözəlovu xalqa yaxın edən onun mükəmməl məktəb keçməsi və ömrünün iyirmi ilini pedaqogikaya həsr edərək öz davamçılarını yetişdirməsidir.

Konsert zamanı Dmitri Şostakoviçin “Bayram uvertürası”, Asəf Zeynallının “Ölkəm”, Vasif Adıgözəlovun “Qərənfil”, Moris Ravelin “Dafnis və Xloya” baletindən 2 nömrəli süita və digər simfonik musiqilər səsləndirilib.

# 4094 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər