Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu

Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu
18 sentyabr 2019
# 09:53

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov vəzifəsindən azad edilib.

Lent.az -ın məlumatına görə, onun yerinə kinorejissor Cəmil Quliyev təyin edilib.

Müşfiq Hətəmov məlumatı Lent.az -a təsdiqləyib: “Sadəcə, işdən çıxarılmamışam, öz ərizəmlə gedirəm. Nazirlikdə sektor müdiri kimi fəaliyyətim davam edəcək” Qeyd edək ki, Müşfiq Hətəmov ADMİU-nin dram və kino aktyorluğu fakultəsini bitirib. 1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris edib. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edirdi.

# 4722 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər