“Çernobıl” serialının müəllifi: “Davamı çəkilməyəcək”

“Çernobıl” serialının müəllifi: “Davamı çəkilməyəcək”
27 iyun 2019
# 14:51

ABŞ-Britaniya istehsalı olan “Çernobıl” mini serialının yaradıcıları ilk növbədə sovet xalqının qəhrəmanlığını göstərməyə çalışıblar.

Bunu serialın ssenari müəllifi və icraçı prodüseri Kreyq Meyzin iyunun 26-da Vaşinqtondakı Vudro Vilson adına Elmi-Tədqiqat Mərkəzində çıxışında bildirib.

ABŞ-ın ekspertlər birliyinin, burada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin və jurnalistlərin bir araya gəldiyi tədbirdə serialın birinci hissəsi nümayiş etdirilib.

K.Meyzin deyib: “Mən istərdim ki, Qərb auditoriyası sovet vətəndaşlarının qəhrəmanlığını görsün. Biz heç vaxt bunu görmürük. Biz sovet rəhbərliyinin ünvanına yetərincə tənqid eşitmişik və bu, haqlı tənqiddir. Biz öz işimizdə qəzanın bu tərəfini də əhatə etməyə çalışmışıq. Lakin biz sovet vətəndaşlarının tarixini, onların hadisələrə baxışını, necə bir həyat yaşadıqlarını və bu həyat haqqında həqiqətləri heç vaxt görmürük”.

Onun sözlərinə görə, serialın yaradıcıları guya SSRİ-də, demək olar, bütün həyatın növbələrdə durmaqdan ibarət olduğu barədə Qərbdə yayılmış stereotiplərdən uzaqlaşmaq istəyiblər. “Onlar bir neçə əsr ərzində fəlakətlər və müsibətlərlə üzləşmiş, lakin buna baxmayaraq bir-birini xilas etmək üçün lazım gələn hər şeyi etməyə hazır olan inanılmaz insanlar olub. Mən istədim ki, insanlar bunu bilsinlər”- deyə amerikalı kino xadimi qeyd edib.

K.Meyzinin sözlərinə görə, informasiyanın verilməsini nəzarətdə saxlamaq insana xas olan təbii instinktdir, lakin çox vaxt yaxşı nəticə vermir. O, əminliklə bildirib: “İndi yalnız informasiyanın verilməsi qalıb. Hər şey reklamdır, jurnalistika reklama çevrilib, siyasət reklama çevrilib. Hər şey ticarət markası olub. Lakin həqiqət elə həqiqət olaraq qalır. İbrət dərsi bundan ibarətdir ki, vaxtı gələndə həqiqət hamıya bəlli olur. Bu, Çernobıl AES-də baş vermiş qəzaya da şamil oluna bilər”.

K.Meyzin sonda bildirib ki, serialın davamı çəkilməyəcək. /azertag.az/

# 2509 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər