Ramazanla bağlı bilmədiyimiz 8 Qəribə Ayin

Ramazanla bağlı bilmədiyimiz 8 Qəribə Ayin
16 may 2018
# 13:25

Kulis.az Ramazanla bağlı 8 maraqlı ayini təqdim edir.

Yarışma

Image result for iftar süfrəsi

Saraylarda aşpazlar arasında Ramazan yarışması keçirilirdi və ən dadlı yemək bişirənlərə sarayda iş verilirdi. Birinci yerin sahibi isə şah üçün yeməklər bişirirdi.

Qəsidə oxuma

Peyğəmbəri öyən qəsidələrə deyilirdi. Ramazan zamanı müəzzinlər məscidlərdə minarələrdən oxuyurdular.

Oxuyan davulçular

Image result for ramazan davulçuları

Ramazan davulçuları Türkiyədə indi də qalmaqdadırlar. Tarixən davulçular irfan şeirləri də oxuyurdular

Məddah

Məscidlərdən kənarda insanların çox yığıldığı yerlərdə saatlarla hekayə oxuyub, təqlidlər edirdilər. Məddahlar həmişə əsayla gəzər, mövzuya uyğun olaraq bəzən şah, bəzən qoca mömin, bəzən qarı qılığına girirdilər.

Meydan oyunu

Bu iki nəfərin çıxardığı təqlid idi. harasa Məhərrəmlik şəbihlərinə bənzəyən bu oyunlar məzmununa görə bayram ovqatlı idi. Qadınlar heç vaxt meydan oyunlarına çıxmazdılar. Qadın obrazı canlandırmaq üçün kişilər qadın paltarı geyinirdilər.

Kaftan

Ramazanın birinci və sonuncu günlərində məscid minarələrinə kaftan (əbaya oxşar geyim) geyindirilirdi.

Səmayi qəhvələri

Osmanlıda fəaliyyət göstərən bu qəhvələr ramazanın ilk günü açılır, sonra bağlanırdı. Başqa qəhvələrdən fərqli olaraq buraya giriş ödənişli idi. Burda bir nəfər kitab oxuyur, qalanlar dinləyərdi. Kitab oxuyan qəhvəyə pul ödəməzdi.

İftar topu

Sultan IV Murad zamanında Bağdadın fəthində son gülləni atan top xüsusi bir binaya yerləşdirilir, daima dolu vəziyyətdə durur və yalnız ildə bir dəfə - Ramazanın elanında atılırdı. Sonralar iftar topu Qız Qülləsindən atılmağa başlanıb.

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər