Söz ilə doludur sevən ürəyim – ŞEİRLƏR

Söz ilə doludur sevən ürəyim – <span style="color:red;">ŞEİRLƏR
1 iyul 2017
# 15:00

Kulis.az Anar Məcidzadənin yeni şeirlərini təqdim edir.

Qatarda

Gözlərim gözünlə bir an baxışdı,

Baxdım gözlərinə - gecədən qara.

Ürəyim dözmədi-yandı, alışdı,

Məni də apardı o gözlər hara.

Ulduzmu söyləyim, aymı söyləyim?

İlahi, nə gözəl göz yaratmısan.

Söz ilə doludur sevən ürəyim,

Bunu vəsf etməyə söz yaratmısan.

Gözlərim gözünə son dəfə baxdı,

Bir də bu gözləri haçan görərəm?

Səni bir də görmək bəlkə uzaqdı,

Bəlkə də qatara qaçan görərəm.

Ayrılığın dəmi gəlibdir daha,

Eh, nə tez çatdı ki ünvana qatar?

Səni and verirəm o tək Allaha,

Məni də özünlə, özünlə apar.

İnsan sevgisi

Bəlkə də günahkar bəndəyəm, Allah,

Bəlkə də ürəyi daşam, dəmirəm.

Bircə razıyam ki, özüm-özümdən,

Mən haqqı sevirəm, insan sevirəm.

Mən insan sevirəm, insan vurğunu,

Qəlbimdə məhəbbət, sevgidir ancaq.

Dünyada eşq varsa, həyat gözəldir,

Sevgidən nəğmələr, söz yaranacaq.

Ürəyim od tutub yanır bir anlıq,

Kimsənin gözündə görəndə yaşı.

Bir insan yoluna çöksə qaranlıq,

Ağrayır bu kövrək qəlbimin başı.

İlahi, dərd vermə yaratdığına,

Bir insan övladı acı çəkməsin.

Balanın dərdini ata, analar,

Qardaşın dərdini bacı çəkməsin.

Sakitcə

Baş götürüb gedəsən uzaqlara,

İzini-tozunu bilən olmasın.

Öləndə sakitcə, xəlvət öləsən,

Qəbrinin üstünə gələn olmasın.

Allah da unudub bu bəndəsini,

Elə bil məni də O yaratmayıb.

Mənim arzularım çiçəksiz ağac,

Əkdiyim gündən də o boy atmayıb.

Həyat dərs də verir, imtahan edir,

Bəzən çətin olur sorğu-sualı.

Bir anın içində Allahım, nədən,

Nədən ki dəyişir insanın halı?!

Nə yaxşı şeir var, nə yaxşı eşq var,

Görən neyləyərdi yoxsa bu Anar.

Qaranlıq gecənin sonu işıqlı,

Qəlbimdə hər zaman bir inam yanar.

Bəhanə

Mən səni unutmağa,

Bəhanalər gəzirəm.

Nə bəhanə tapıram,

Nə mən sənsiz dözürəm.

Unuda da bilmirəm,

Mənalı baxışını.

O ötən məhəbbətin,

Baharını, qışını.

Biz yaşada bilmədik,

Allahın eşq payını.

İtirdik bu sevgidə,

Kədər, qəmin sayını.

Unutmaq da bəhanə,

Kim öz eşqin unudar?

Sən unuda bilərsən,

Səni unutmaz Anar.

# 3660 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı aktrisa Hayden Panettiere vəfat edib

Amerikalı aktrisa Hayden Panettiere vəfat edib

11:10 17 avqust 2026
Conni Depplə danışıqlar aparılır - "Karib dənizinin quldurları-6" üçün

Conni Depplə danışıqlar aparılır - "Karib dənizinin quldurları-6" üçün

10:50 17 avqust 2026
Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

10:00 16 avqust 2026
Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər