Gənc xanəndə Pərviz Qasımov musiqi festivalının qalibi olub

Gənc xanəndə Pərviz Qasımov musiqi festivalının qalibi olub
31 avqust 2019
# 16:10

Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Nüfuzlu musiqi bayramında dünyanın 75 ölkəsindən 340 ifaçı iştirak edib.

UNESKO-nun Baş direktoru, xanım Odri Azule festivalın təntənəli bağlanış mərasimində laureatları təbrik edib, musiqiçilərə uğurlar arzulayıb. O deyib ki, mədəniyyətlər bir-birindən ayrı inkişaf edə bilməz. Musiqi festivalı da bu fikri təsdiqləyir.

Festivalın baş mükafatı - Qran-Prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

Azərbaycandan gələn gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının “Komuzçular” dueti birinci mükafata layiq görülüb. Pərviz Qasımovu Azərbaycanın Əməkdar artisti Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib.

Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

Festivalın münsiflər heyətinin üzvləri arasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də olub.

Xatırladırıq ki, musiqi bayramının açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər, habelə beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Festivalın açılışında, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da olub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar. /azertag.az/

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

12:30 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər