“Dualarınıza ehtiyacım var...” – Yalçın Rzazadə danışdı

“Dualarınıza ehtiyacım var...” – Yalçın Rzazadə danışdı
11 iyul 2019
# 14:51

Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Yalçın Rzazadə Lent.az -a müsahibə verib. Müsahibəni diqqətinizə təqdim edirik:

- 3 gündür xəstəxanaya yerləşdirilmisiniz. Hazırda özünüzü necə hiss edirsiniz?

- Səsimdən görürsünüz ki, heç də yaxşı deyiləm.

- Bəlkə xəstəliyinizin nədən ibarət olduğunu açıq deyəsiniz?

- Öd kisəm partlayıb. Qanı axıb, bədənimi zəhərləyib. Rəngim saralıb. İndi də həkimlər çalışır ki, o qanı təmizləsinlər, amma ki, hələ ki, bir nəticə yoxdur. MRT-lər etdirmişəm. Onun cavablarını biləndən sonra səhhətimlə bağlı çox şeyə aydınlıq gələcək.

- Müalicənizi başa çatdırmaq üçün maddi imkanlarınız varmı?

- Mənim imkanım hardan olsun? Restoranın, dükanım, gəlir yerim yoxdur. İndi heç nəyim yoxdur. Dostlar yanıma gəlib-gedir. Bununla sağalmaq olar? Mənim imkanım olsaydı, heç kimdən asılı olmazdım. Pul verərdim, istədiyim yerdə də müalicə olunardım.

- Hazırda sənət dostlarınız sizi axtarırmı?

- Yox, heç kim axtarmayıb. Zəng edən də yoxdu. Ölüm haqdır. İndi nəfəsim gəlir, sizlə danışıram. Ömrümün 50 ilini sənətimə xərcləmişəm. Adam istəyir ki, ona diqqət olunsun. Özümə qarşı biganəliyi, diqqətsizliyi görəndə çox pis oluram. Deməli mən heç kimə lazım deyiləm. Biri var bunu hiss edəsən, biri də var ki, mən bunu dünən və bu gün gördüm. Mən xəstə olmağımı xeyli vaxt gizlətdim. Bunu heç kim bilmirdi. Bu xəbər bir neçə gün olar bilindi. İndi bədənimə baxsanız, qorxarsınız. Bədənim bütöv qan içindədir. Diqqətsizlik məni çox yandırır.

- Nə zamana qədər xəstəxanada müalicə olunacaqsınız?

- Bu gün yoxlanışdan sonra evə buraxılmalıyam. Gözləyirəm. Bütün bədənim iynə yerləridir. Bir də rəngim saralıb. Özümə arzum budur ki, yenidən sağlamlığıma qovuşum.

- Bəs sənətlə bağlı bütün arzularınıza çatmısınız?

- Tək sənətdə yox, ümumi arzularım çoxdu. Sənətlə bağlı da var. Mənim konsertlərim üçün millətim 1 saat ayaq üstə olub. Yenidən konsert vermək, verilişlərə çıxmaq, sevənlərim üçün oxumaq istəyirəm. Bu ən böyük arzumdur. Sağ olsam, ancaq sənətimlə məşğul olaram. Bu gün Azərbaycan musiqisində cılızlaşma gedir. Biz sözümüzü deməliyik. Çox uzun və şərəfli həyat yolu keçmişəm. Alnı açıq deyə bilərəm ki, mən şəxsiyyət kimi bir ömür sürmüşəm. Şəxsiyyətimi sındırmamışam. Ona görə də Yalçın Rzazadəyəm. Yeniliklər etmişəm. Yalçın kimi gəlmişəm, Yalçın kimi də gedəcəm.

- Sonda sevənlərinizə nə demək istərdiniz?

- Demək istərdim ki, dualarınıza ehtiyacım var. Sizin sevginiz sayəsində Yalçın Rzazadə oldum. İnşallah ümid edirəm ki, yaxşı olaram. Çünki yaşamaq və həyat gözəldir. Ömür vəfa etsə, yaşayıb sevənlərim üçün yaradaram.

# 3118 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər