Tolstoyun mülkü dünya xalqlarının görüş yerinə çevrildi

Tolstoyun mülkü dünya xalqlarının görüş yerinə çevrildi
18 iyul 2018
# 17:45

Böyük rus yazıçısı Lev Tolstoyun ata-baba mülkü dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə qonağın görüş yerinə çevrilib. Qurultaya toplaşan ruslar, fransızlar, almanlar, çexlər, belçikalılar, danimarkalılar və uruqvaylılar ya birbaşa “Hərb və sülh” romanının müəllifinin nəslinin, ya da Tolstoyların qollu-budaqlı nəsil şəcərəsinin digər şaxələrinin nümayəndələridir.

Qurultay iştirakçıları üçün zəngin mədəni proqram tərtib edilib.

Bu böyük ailənin nümayəndələrinin görüşü soy-kök ənənələrinin əhəmiyyəti və qohumluq əlaqələrinin qorunub saxlanılması örnəyidir. Çoxsaylı qohumlar forum çərçivəsində Tolstoylar sülaləsinin tarixi və bu ailənin ən tanınmış nümayəndəsi Lev Tolstoyun yaradıcılığı ilə tanış olacaqlar.

Qonaqlar ustad dərslərində, mühazirələrdə, Turgenevo malikanəsində festivalda iştirak edəcəklər.

Qurultayın birinci günü qonaqlar Yasnaya Polyanaya ekskursiya edərək, böyük əcdadın xatirəsini anacaq, məzarı üstünə gül-çiçək dəstələri qoyacaqlar.

İyulun 18-də start götürən forum iyulun 22-də başa çatacaq./azertag.az/

# 2953 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər