“Xalqın şairi” yarışmasının qalibi sabah açıqlanacaq

“Xalqın şairi” yarışmasının qalibi sabah açıqlanacaq
22 iyun 2018
# 12:04

“Bizim məqsədimiz ev vermək deyildi”.

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış aparıcı Mübariz Əsgərov söyləyib.

ARB TV-də yayımlanan və böyük maraq yaradan “Xalqın şairi” yarışmasının qalibi sabah saat 12-də Muğam Mərkəzində açıqlanacaq. Layihənin rəhbəri Mübariz Əsgərovun sözlərinə görə qaliblər pul mükafatı alacaq:

“Final mərhələsini izləmək istəyənləri Muğam Mərkəzinə dəvət edirik. Qoy hər kəs görsün ki, seçim necə olacaq. Hesab edirəm ki, tam şəffaf bir müsabiqə oldu. Biz layihəyə başlayanda düşünmüşdük ki, qalibə dağ kəndində yığcam ev verək. Sonra ev üstündə o qədər ajiotaj yarandı ki, müsabiqənin əsas məqsədi yaddan çıxdı. Müsabiqə başlamamışdan qabaq söz-söhbətlər yayıldı ki, evin kimə verilməsi məlumdur. Qıraqdan baxıb fikir bildirənə önəm vermək olmaz. Bizim müsabiqənin məqsədi ev vermək deyil. Çoxları düşündü ki, məqsəd yalnız budur. Layihənin məqsədi isə kiməsə ev vermək yox, yaradıcı insanlara şərait yaratmaqdı. Biz daha sonra müzakirə etdik və qərara aldıq ki, həmin evin dəyərinə uyğun qiyməti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə verək. Həm qalibləri pulla mükafatlandıraq, həm də onların ayrıca kitablarını nəşr edək. Bundan əlavə, bütün finalçıların şeirləri almanax kimi çap olunacaq. “Teas Press”lə danışmışıq, nəfis tərtibatda 12-20 imzadan ibarət almanax işıq üzü görəcək. Eyni zamanda finalçıların imza günləri keçirməyi nəzərdə tutmuşuq. “Libraff”ın kitab evlərində maraqlı imza günlərini keçirdəcəyik. Həmçinin müəlliflərin xarici dillərə çevrilməsi nəzərimizdədir. Biz qaliblərin dağ kəndində yox, poeziyada evlərinin olmasını istədik. Hesab edirəm ki, məqsədimizə nail olmuşuq. Qaliblərin açıqlanmasından sonra, iyulun 22-də böyük bir bayram keçirəcəyik – poeziya bayramı. Biz əlimizdən gələni etdik ki, bu yarışma əməlli-başlı söz bayramı olsun”.

# 1990 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər