“Multikulturalizm” jurnalının yeni sayı çapdan çıxıb

“Multikulturalizm” jurnalının yeni sayı çapdan çıxıb
6 yanvar 2017
# 14:50

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının dördüncü nömrəsi işıq üzü görüb.

Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi tədbirlərdə çıxışı və sərəncamları ilə açılır.

Jurnalın “Multikulturalizm ili” bölməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevlə “Multikulturalizm ili”nin yekunlarına dair müsahibə yer alıb.

“Dünyanın tanınmış xadimləri” bölməsində akademik Vasim Məmmədəliyevin “Müasir İslam aləminin nüfuzlu liderlərindən biri – Şeyxülislam Allahşükür Paşazadə” yazısı, “Çoxmədəniyyətlilik” bölməsində Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəylinin “Ha путях мультикультурализма: историка-литературные традиции и современная епоха” və şair, tərcüməçi, şərqşünas alim Nəriman Qasımoğlunun “Multikultural irsimizdə dini əks-səda” məqaləsi, “Reportaj” bölməsində İkinci Mahmudun “Taleyini Azərbaycana etibar edənlər” yazısı, “Homo Sapiens” rubrikasında “Bugünə necə gəlib çıxmışıq” kitabından “Silahlar” hissəsi çap edilib.

“Axundov zalı” bölməsində Azərbaycan ədəbiyyatının “Səksənincilər” nəslinə aid edilən 6 şairin 12 şeiri, “Höte zalı” rubrikasında isə görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin “Tamerlan” hekayəsi verilib.

“Tənqid və esseistika” rubrikasında fəlsəfə elmləri doktoru Niyazi Mehdinin “Avropa və müsəlman Şərqi – sualların metodologiyası” yazısı çap edilib.

“Forumlar, konfranslar, dəyirmi masalar” bölməsində V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə qısa müsahibələr işıq üzü görüb.

“Sönməyən ulduzlar” bölməsində oxucular “Sönməyən ulduzlar” teatrının fəaliyyətinə həsr olunmuş debatla tanış ola bilərlər.

Jurnalın “Region” əlavəsi Ahıska türklərinin yaradıcılığına həsr olunub. Bu bölmədə Usta Mürtəz, Zeynul Yektavi, Cabir Xalid, İlyas Xəlil, İlim Səfil, Güləhməd Şahin, Məhəmməd Paşaəliyev, Şahismayıl Adıgünlü, Muzeyfə Qoca Adıgünlü, Nurəddin Sasıyev, Həmdi Yitgün, Təzəgül Cövdətqızı, Şəmşir Şimşəkoğlu və Müsəddinin şeirləri çap edilib.

# 2759 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər