Xalq artistinin 80 illik yubiley gecəsi keçiriləcək

Xalq artistinin 80 illik yubiley gecəsi keçiriləcək
15 mart 2019
# 16:18

Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək.

Yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.

Qeyd edək ki, 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulan Tariel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

2018-ci il dekabrın 10-da Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif olunub./azertag.az/

# 3659 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər