Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olundu

Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olundu
8 iyun 2018
# 12:21

M.F.Axundov adına Milli Kitabxanada tanınmış Ukrayna yazıçıları Vladimir Danilenkonun “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib.

Kulis.azın məlumatına görə mərasimi giriş sözü ilə açan Azərbaycan Tərcümə Mərkəzinin İdarə heyətinin sədri, yazıçı Afaq Məsud tarix boyu Ukrayna-Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışıb.

O, son illər Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələri üzrə həyata keçirdiyi layihələrdən, Ukrayna ədəbiyyatını Azərbaycana, Azərbaycan ədəbiyyatını Ukraynaya tanıdan antoloji nəşrlərdən söz açaraq, bu işin bundan sonra da, daha geniş və əhatəli şəkildə davam etdiriləcəyini bildirib.

Sonra söz Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişenkoya verilib. Səfir xalqlar arasında anlaşmanın və doğmalığın təməlini qoyan belə layihələrin ictimai-siyasi əhəmiyyətindən danışaraq, bu şərəfli missiyanı davamlı və layiqli şəkildə həyata keçirdiyinə görə Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”nun direktoru Oqtay Səmədov, Mərkəzin aparat rəhbəri Yaşar Əliyev, Elm, təhsil və mədəniyyət idarəsinin müdiri, yazıçı Etimad Başkeçid kitabların ədəbi-bədii məziyyətləri barədə danışaraq, hər iki nəşrin Ukraynanın tarixi, müasir həyatı, ədəbi-bədii düşüncəsi barədə Azərbaycan oxucusunda dolğun təsəvvür yaradacağını, kitaba, ədəbiyyata diqqət və marağın artmasına öz töhfəsini verəcəyini bildiriblər.

Sonda söz Ukrayna yazıçılarına – Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və tanınmış nasir Nikolay Xomiçə verilib. Yazıçılar son iki ildə Ukrayna Yazıçılar Birliyinin Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilmiş nəşr layihələrindən danışaraq, ilk dəfə olduqları Bakının gözəlliyindən heyrətə gəldiklərini, qədim şairlərin heykəlləri ilə dolu olan bu şəhərin, burada baş tutan kitab bayramları ilə böyük ədəbiyyat ocağına, bədii düşüncə və kitab mərkəzinə çevrildiyini diqqətə çatdırıblar.

Tədbirin sonunda Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko Ukraynanın milli ornamentli suvenirini Mərkəzin rəhbəri Afaq Məsuda təqdim edib.

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər