Meksika yazıçısı David Toskana Azərbaycana gələcək

Meksika yazıçısı David Toskana Azərbaycana gələcək
8 oktyabr 2019
# 12:48

“Yaxın zamanlarda tanınmış meksikalı yazıçı David Toskananın Azərbaycana səfəri gözlənilir”.

Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu oktyabrın 7-də Meksika səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüşdə deyib.

Ədəbiyyat sahəsində əməkdaşlığın inkişafı perspektivlərini araşdırmaq məqsədilə baş tutan görüş zamanı hər iki xalqın qarşılıqlı tanıtımı və yaxınlaşmasına təkan vermək üçün Meksika səfirliyi tərəfindən həyata keçirilən mədəni tədbirlərdən söz açılıb.

R. Labardini bu tədbirlərin yalnız paytaxtda deyil, həmçinin ölkənin regionlarında qeyd olunmasının vacibliyini qeyd edib: “Səfirliyin açılmasından etibarən siyasi və iqtisadi kimi müxtəlif sahələrdə ikitərəfli münasibətlərin əhəmiyyətli inkişafı yer alıb. Eyni zamanda, mədəniyyət, incəsənət, ədəbiyyat, rəssamlıq, musiqi, teatr və digər sahələrdə də əlaqələr möhkəmlənib”.

Yazıçılar Birliyinin sədri isə təcrübə mübadiləsinə töhfə verəcək birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər gələcək layihələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

# 4166 dəfə oxunub

Oxşar xəbərlər

“Ədəbiyyat adamı - 2026”  mükafatı təqdim edildi

“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edildi

21:03 7 may 2026
Hicran Nəsirova: "Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram"

Hicran Nəsirova: "Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram"

20:30 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər