Jerar Depardye İslam irsindən film çəkir - Foto

 Jerar Depardye İslam irsindən film çəkir - Foto
11 noyabr 2019
# 15:06

Məşhur fransız aktyor Jerar Depardye İslam irsindən sənədli film çəkir.

Film çəkilişləri ilə bağlı Özbəkistanda olan aktyor Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzinə (İSM) gedib.

İSM-də aktyor Özbəkistan Baş nazirinin müavini Əziz Abduxakimovla, mərkəzin direktoru Şoazim Minovarovla və “Özbəkkino” Agentliyinin direktoru Firdavs Abduxalikovla görüşüb.

J.Depardye onlarla görüşündə deyib ki, Özbəkistanda özündə humanist ideyalar daşıyan müqəddəs İslam dininə hörmətlə yanaşılır, bu dini zorakılıqla, qan tökməklə bir sıraya qoyanlar pislənilir. Bu gün Özbəkistan müsəlman aləmi üçün humanist inkişaf modelinin bünövrəsini qoyur.

Aktyor qeyd edib ki, Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir. O, özbək xalqının qonaqpərvərliyinə və zəngin tarixi-mədəni irsinə valeh olduğunu söyləyib. Deyib ki, Özbəkistanın nadir coğrafi ərazidə, Orta Asiyanın mərkəzində yerləşməsi burada bir çox mədəniyyətlərin qovuşmasına səbəb olub.

J.Depardye daha sonra bildirib ki, İslam irsi Özbəkistanda çəkdiyi filmin əsas mövzularından biridir. Özünün də iştirak etdiyi bu sənədli film Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukus şəhərlərində çəkilir. //azertag//

# 3558 dəfə oxunub

Oxşar xəbərlər

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

12:51 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər