Nəriman Əbdülrəhmanlının 60 yaşı qeyd olundu

Nəriman Əbdülrəhmanlının 60 yaşı qeyd olundu
4 iyun 2018
# 15:04

Tərcümə Mərkəzində tanınmış yazıçı Nəriman Əbdülrəhmanlının yubileyi qeyd olunub. Tədbirdə çıxış edən Mərkəzin rəhbəri yazıçı Afaq Məsud yubilyarın ədəbiyyat, kino, televiziya və digər sahələrdəki uğurlu fəaliyyətindən danışıb, Nəriman Əbdülrəhmanlının təkcə yaradıcılığı ilə deyil, həm də həyat tərzi, dünyaya baxışı ilə böyük yazıçı, ciddi ədəbiyyat adamı olduğunu vurğulayıb.

1980-ci illərdən publisistik yazıları ilə mətbuatda çıxış edən Nəriman Əbdülrəhmanlı tezliklə hekayə və povestləri ilə də oxucuların rəğbətini qazanıb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə də ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, onun qələmə aldığı ssenarilər üzrə bədii və sənədli filmlər çəkilib.

Həmin illərdə həmçinin folklor araşdırmaları aparıb, bir çox aşıq və şairlərin yaradıcılığını toplayaraq kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçisi və redaktoru olub. 2000-ci illərdə romanları işıq üzü görüb. Nəriman Əbdülrəhmanlı bədii tərcümə ilə də ciddi məşğul olub, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə Beynəlxalq Sənət mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. “Yalqız” romanı 2010-cu ildə Milli Kitab mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2011-ci ildə həmin müsabiqənin üçüncü mükafatına layiq görülüb. 2018-ci ildə Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatına layiq görülən yubilyarın əsərləri rus, ərəb, gürcü, ingilis və s. dillərə tərcümə olunub. Nəriman Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsi veteranıdır.

Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. Bakı Dövlət Universitetində və Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. Respublikanın bir sıra qəzet və jurnallarında, televiziya və nəşriyyatlarında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasında və digər yerlərdə müxtəlif vəzifələrdə işləyib. 2003-cü ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır.

# 2342 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər