İlham Qəhrəmanın yeni kitabı işıq üzü görüb

İlham Qəhrəmanın yeni kitabı işıq üzü görüb
3 sentyabr 2019
# 11:01

Şair İlham Qəhrəmanın yeni şeirlər kitabı çap olunub.

Bu haqda Kulis.aza müəllif özü məlumat verib. O, "Qanun” nəşriyyatında çıxan “Şairin vətəni sevgidir” adlı kitabı 60 yaşının tamamında üzvü olduğu qurum tərəfindən ona bir hədiyyə kimi qəbul etdiyini vurğulayıb. Belə ki kitab bütövlükdə AYB-nin maliyyə dəstəyi ilə işıq üzü görüb. Bu münasibətlə İlham Qəhrəman onun yaradıcılığına göstərdiyi diqqətə görə AYB-nin sədri Anar müəllimə təşəkkürünü bildirdi.

Adı çəkilən kitabda oxucular müəllifin son illərdə yazdığı şeirlərlə yanaşı, əvvəlki kitablarında getmiş şeirlərdən seçmələri də oxuya biləcəklər. Şeirlərin məzmununa görə bölmələrə ayrıldığı kitabda şairin yaxın günlərdə yazdığı “Yaddaş” poeması da yer alıb. Kitabın korrektoru şairin qızı filoloq Nigar İlhamqızı, kitabda illüstrasiya kimi istifadə olunan rəsmələrin müəllifi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi gənc rəssam Sitarə Hüseyinlidir.

Xatırladaq ki, “Şairin vətəni sevgidir” müəllifin səkkizinci şeirlər kitabıdır. Onlardan ikisi İranda (Tehran və Təbriz) çap olunub.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi

# 3816 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər