Məhsəti Gəncəvi haqqında kitab çap olundu

Məhsəti Gəncəvi haqqında kitab çap olundu
30 iyun 2015
# 16:40

Şair-publisist Səkinə Sadiqin rus dilində yazdığı növbəti kitabı ərsəyə gəldi. Kulisin məlumatına görə kitab “Şərqin Günəşi – Məhsəti” adlanan kitab “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxıb.

Kitab, ölkə Prezidentinin sərəncamına əsasən, Məhsətinin YUNESKO və dünya üzrə keçirilən 900 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dərc olunub. Ön sözün, şərhlərin müəllifi və kitabın tərtibçisi – Səkinə Sadiqdir. Redaktoru – filologiya elmləri doktoru, professor Gülrux Əlibəylidir.

XII əsr Şərq ədəbiyyatı tarixində, parlaq poeziya isimlərinin sırasında öz dəst-xətti ilə bir rübaiçi qadın zühur edir. Bir növ zamanın özünün onun boynuna qoyduğu missiyanı – Şərqdə ilk şair-qadınlar məclisi yaratmaq kimi şərəfli diplomatik vəzifəni uğurla başa vurur. Elə həmin qadın da Azərbaycan poeziyasında “şəhraşub” janrına müraciət etmiş ilklərdən olmuşdur. Zərgər dəqiqliyi ilə işlənmiş bu nəfis, incə dördlüklərdə şairə şəhər əhalisinin – əsnafın əhval ruhiyyəsini böyük ustalıqla vəsf edə bilmişdir.

Bəs kimdir o parlaq, cəlallı gəncəli qadın? O, orta əsrlər Azərbaycan ədəbiyyatında sərbəst fikri və azad məfkurəsi ilə şöhrət tapmış, Şərqin Günəşi – Məhsətidir.

Məhsəti Gəncəvi XI əsr və XII əsrin əvvəli çiçəklənmə dövrünü yaşayan Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsidir. Məhsəti mükəmməl rübai ustası olmaqla yanaşı, vəzn nəzəriyyəsi, harmoniya və musiqi sahəsində də yetərincə bilgiyə sahib idi. O, şətrənc (şahmat) oyununun texniki üsullarına bütün kamilliyi ilə bələd olmuş, məharətlə çəng çalıb oxumuşdur.

Onun rübailəri, zaman-zaman müxtəlif dillərə tərcümə olunmuşdur. 900 illik yubiley ərəfəsində, incə, zərif söz xiridarları Məhsəti Gəncəvi şeiriyyatının yeni-yeni tərcümələri ilə tanış olmaq imkanı əldə etmişlər. Bu sırada Məhsətinin, şairə Səkinə Sadiq tərəfindən rus dilinə tərcümə edilmiş rübailəri də özünəməxsus yer almışdır.

Kitab, Məhsətinin vətəninin hüdudlarından kənarlarda, Şərq poeziyasına və mədəniyyətinə yeni maraq dairəsi oyatmaq cəhdidir.

# 2106 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər