Cəfər Cabbarlı Mükafatı təqdim edildi

Cəfər Cabbarlı Mükafatı təqdim edildi
10 oktyabr 2019
# 14:09

Cəfər Cabbarlı Mükafatı Komissiyasının 8 oktyabr 2019-ci ildə növbəti iclası keçirilmişdir.

İclasda Mukafat Komissiyasının sədri, C.Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, komissiya üzvlərindən Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, professor Asif Rüstəmli, filologiya elmləri doktoru Rəhim Əliyev, tərcüməçi-jurnalist Bəhlul Abbasov, kinoşünas Aydın Kazımzadə və b. iştirak etmişlər.

İclasda komissiya üzvləri müxtəlif təşkilat və birliklərdən daxil olan təqdimatları nəzərdən keçirərək elm, mədəniyyət və incəsənət sahəsində tanınmış namizədlər haqqında fikir və təkliflərini bildirmişlər. Ciddi və işgüzar müzakirələrdən sonra Cəfər Cabbarlı Mükafatına layiq görülən laureatlar müəyyənləşdirilmişdir.

2019-cu ilin C.Cabarlı Mükafatına aşağıdakı görkəmli elm, mədəniyyət və incəsənət xadimləri layiq görülmüşlər:

1. Ədəbiyyatşünaslıq nominasiyası üzrə – Dos.Dr. Seda Arıkan – Türkiyə Cümhuriyyəti, Fırat Universiteti İnsani ve Sosyal Bilimler Fakültesi Batı Dilleri ve Edebiyatları Bölümü.

Cəfər Cabbarlının hekayələri əsasında yazdığı "Aynaya yansı(ma)yanlar” (Ankara, Kesit Yayınları, mart 2019, 262 səh.) monoqrafiyasına görə.

2. Kino nominasiyası üzrə – Rasim Əhməd oğlu Balayev – Azərbaycan Respublikasının xalq artisti.

Azərbaycan kino və teatr sənətinin inkişafındakı xidmətlərinə, o cümlədən "Aydın” tamaşasında canlandırdığı Dövlət bəy obrazına görə.

3. Ən yaxşı rejissor işi nominasiyası üzrə – Bəhram Məcid oğlu Osmanov – əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru.

C.Cabbarlının "Ulduz” əsərinin uğurlu rejissor işinə görə

4. Bəsti Əli qızı Cəfərova – xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası

Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Solğun çiçəklər” tamaşasında Pəri obrazına görə.

5. Teatr nominasiyası üzrə – Firdovsi Nurəddin oğlu Atakişiyev – əməkdar artist, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru.

Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə,o cümlədən Elçinin "Sənətkarın taleyi” tamaşasında canlandırdığı Ərəblinski obrazına görə.

6. Teatr nominasiyası üzrə – Bahar Əvəz qızı Abdullayeva – Şuşa Dövlət Musiqilli Dram Teatrının aktrisası.

Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Oqtay Eloğlu”tamaşasında canlandırdığı Firəngiz obrazına görə.

7. Mədəniyyət nominasiyası üzrə – Kərim Məhəmməd oğlu Tahirov – professor, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.

Kitab mədəniyyətinin təbliği sahəsindəki xidmətlərinə görə.

8. Niyaz Bayram oğli Eyvazov – "Könüllülər” Kitabxana İctimai Birliyinin sədri

Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə.

"Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi 2019-cu il 28 oktyabr tarixində saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcəkdir.

Laureatları təbrik edirik!

Cəfər Cabbarlı Mükafatı Komissiyası /artkaspi.az/

# 4174 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər