Tanınmış kinoaktyor anılıb

Tanınmış kinoaktyor anılıb
10 may 2018
# 09:51

Dövlət Film Fondunda tanınmış aktyor Bahadur Əliyevin 85 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirdə çıxış edən kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə sənətkarın aktyorluq istedadından və insani keyfiyyətlərindən danışıb. Bildirib ki, Bahadur Əliyev aktyor olmaqla yanaşı, kino istehsalı sahəsində yaxşı təşkilatçı kimi də tanınıb. Ömrünün 40 ilə yaxın bir dövrünü milli kino sənətinin inkişafına həsr edib.

Qeyd olunub ki, 1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilən sənətkar sonrakı illərdə “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat”, “Ulduz”, “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon”, “İstintaq davam edir”, “İyirmialtılar” və digər bədii filmlərində müxtəlif rollar ifa edib. “Ulduz” musiqili kinokomediyasında onun yaratdığı kolxoz sədri Qədir surəti aktyorun ən yaxşı rollarından biridir. O, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Babək”, “O qızı tapın”, “Dərviş Parisi partladır”, “Özgə ömür”, “Firəngiz”, xarici ölkə studiyalarının istehsal etdiyi “Əlibaba və Qırx quldur”, “Odlu yollarla”, “Şerəli və Aybərçin” və “Abdulla” bədii filmlərində də rol alıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov aktyorun sənətkarlığından söz açıb: “Epizodik rollara çəkilərək sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. B.Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

Xalq Artisti İlham Namiq Kamal aktyorla “Mozalan” kinojurnalında və Azərbaycan Radiosunun “Sabahınız xeyir” verilişində birgə çalışdıqlarından bəhs edərək xatirələrini bölüşüb: “Onunla radioda çoxsaylı yumoristik verilişlərdə birgə çıxış etmişik. Bu çıxışlarda Hüseynağa Sadıqov və digər görkəmli sənətkarlarımız da iştirak edərdi”.

Əməkdar İncəsənət Xadimi, rejissor Elxan Cəfərov və Əməkdar Artist Elxan Qasımov aktyorun kinoda inzibati işlərdəki fəaliyyətindən danışıblar.

Sonra aktyorun çəkildiyi filmlərdən qısa fraqmentlər nümayiş olunub.

Sənətkarın oğlu Rauf Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirib. /azertag.az/

# 1802 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər