Bakıda sərgi təşkil olunacaq

Bakıda sərgi təşkil olunacaq
1 iyul 2019
# 14:02

İyulun 3-dən sentyabrın 30-dək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunacaq.

Sərginin keçirilməsi ölkəmizin mədəni həyatında çox önəmli hadisədir. Belə ki, dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş ediləcəkdir.

Bu sərgi gələcəkdə iki mədəniyyət ocağı arasında daha sıx əlaqələrin qurulmasına və milli irs nümunələrimizin təqdim olunduğu birgə irimiqyaslı layihələrin keçirilməsinə təkan verəcək, ölkələrimiz arasındakı dostluq münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə xidmət edəcəkdir.

Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycan-Fransız İnstitutu və “Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir. /azertag.az/

# 2224 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər