Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir
24 aprel 2026
# 15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2026-cı il tarixində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair – filosof Xaqani Şirvaninin 900 illik yubileyinin geniş şəkildə qeyd olunmasına dair Sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Kulis.az xəbər verir ki, Xaqani Şirvaninin “Həbsiyyə” şeirlərinə həsr olunmuş süni intellekt vasitəsilə geniş təqdimat hazırlanıb.

Təqdimatda şairin həyat və yaradıcılığının ən mürəkkəb və eyni zamanda ən məhsuldar mərhələlərindən biri olan həbs dövrü dərindən araşdırılıb, bu dövrdə qələmə alınan əsərlərin bədii-estetik xüsusiyyətləri müasir yanaşma ilə təhlil edilib.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/electronic-services/AI_kitab_teqdimatlari yerləşdirilən təqdimatda Xaqani Şirvaninin həbs olunmasına səbəb olan ictimai-siyasi, yaşadığı dövrün mürəkkəb tarixi şəraiti və saray mühiti geniş şəkildə göstərilib. Eyni zamanda şairin həbsi zamanı keçirdiyi mənəvi sarsıntılar və onların poeziyaya təsiri süni intellektin analitik imkanları vasitəsilə sistemli şəkildə təqdim olunub.

Bununla yanaşı, kitabxananın rəsmi saytında https://www.ryl.az/activity/Khagani_Shirvani_900 “Xaqani Şirvani 900” adlı elektron resursların bazası yaradılıb. Bazada internet məkanında Xaqani Şirvaninin həyat və yaradıcılığı haqqında dərc edilən materiallar toplanır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Belə təşəbbüslər tariximizin, tarixi yaddaşımızın qorunmasına, həmçinin də klassik Azərbaycan ədəbiyyatının zəngin irsinin gələcək nəsillərə müasir formatda çatdırılmasına xidmət edir.

# 1553 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər