Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi başa çatdı

Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi başa çatdı
29 aprel 2024
# 10:30

1-3 may tarixlərində ölkəmizdə keçiriləcək “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb.

Kulis.az xəbər verir ki, Bakıda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 mötəbər qonaq iştirakını təsdiqləyib.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60 ölkəyə yaxın mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik, dil və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcək.

Forumda Nazirlər Konfransı və Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçiriləcək,

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), YUNESKO, İSESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

# 330 dəfə oxunub

Oxşar xəbərlər

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

18:40 15 may 2024
Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

18:00 15 may 2024
Anar:  "Deputatlığa namizədliklə bağlı təklif gəlsə..."

Anar: "Deputatlığa namizədliklə bağlı təklif gəlsə..."

17:30 15 may 2024
"Qarabağın incisi - Şuşa"  kitab-albomu boşnak dilində

"Qarabağın incisi - Şuşa" kitab-albomu boşnak dilində

17:00 15 may 2024
Teylor-Coydan "Mad Max" etirafı:  Asan olacağını düşündüyüm hər şey çətin idi

Teylor-Coydan "Mad Max" etirafı: Asan olacağını düşündüyüm hər şey çətin idi

16:30 15 may 2024
Qardaşının həyat yoldaşı ilə yazışan şair

Qardaşının həyat yoldaşı ilə yazışan şair

16:00 15 may 2024
# # #