Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq

Azərbaycan Beynəlxalq Şekspir Festivalında  təmsil olunacaq
14 may 2024
# 17:21

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı direktorunun müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov və teatrın rejissoru Tural Vaqifoğlu fəxri qonaq qismində mayın 16-26-da Rumıniyanın Krayova şəhərində təşkil ediləcək Beynəlxalq Şekspir Festivalına dəvət olunublar.

Kulis.az xəbər verir ki, səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Krayova şəhərindəki yeddi teatrın səhnəsində Robert Uilson, Piter Bruk, Deklan Donnellan, Rober Lepaj və Rumıniya, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya, Ukrayna, Moldovadan olan digər dünyaşöhrətli rejissorların səhnələşdirdiyi 30 tamaşa nümayiş etdiriləcək. Eyni zamanda, şəhərin 30-dan çox məkanında çoxlu tədbirlər təşkil olunacaq. Meydanlarda və parklarda Şekspir ruhu hiss ediləcək. Bununla yanaşı, 300-dən çox tədbir - tamaşalar, konsertlər, sərgilər, paradlar, konfranslar, kitab təqdimatları və ya tələbə seminarları “Shakespeare Village”də Şekspirin meyarları ilə 1600-cü ildən başlayaraq gələcəyə, zaman və məkanda səyahət etməyə kömək edəcək. “NEPI Rockcastle”nin dəstəyi ilə “Promenade Mall” da süni intellektə əsaslanan multimedia klubunda virtual reallığa nüfuz etmək mümkün olacaq. Festival platformasında çoxsaylı yaradıcılıq danışıqları da aparılacaq.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov dünyanın müxtəlif ölkələrinin aparıcı teatrlarının rəhbərləri ilə görüşlər keçirəcək, birgə yaradıcılıq layihələri, qastrol səfərləri və başqa məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu ilin mart ayında festivalın təşkilatçısı, Krayova Milli Teatrının rəhbəri Aleksandru Boureanu Azərbaycanın paytaxtına işgüzar səfərə gəlib. O, səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında olub, İlham Məmmədovla görüşüb. Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soarenin də iştirak etdiyi görüşdə Azərbaycan teatrının gələn il Rumıniyaya qastrol səfəri və Beynəlxalq Şekspir Festivalında iştirakı ilə bağlı müzakirələr aparılıb.

Bu il Beynəlxalq Şekspir Festivalı 30 illik yubileyini qeyd edir. Krayova Beynəlxalq Şekspir Festivalının prezidenti Vlad Draquleskunun qeyd etdiyi kimi: “Şekspirin pyesləri yaşından, milliyyətindən və dilindən asılı olmayaraq bütün dünyada insanlarla birbaşa danışır. Beynəlxalq Krayova Şekspir Festivalı dünyanın hər yerindən gələnlər üçündür”.

Festival Avropanın ən mühüm tematik festivallarından biri və Şekspir yaradıcılığına həsr olunmuş dünyanın ən mühüm tədbirlərindən biri hesab olunur. Festivala musiqi konsertləri, seminarlar, konfranslar, ustad dərsləri, dəyirmi masalar, yaradıcılıq görüşləri və müzakirələr daxildir. Festivalın daimi təşkilatçıları Krayova Milli Teatrı və Uilyam Şekspir Fondudur.

# 2119 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər