Bakıda Qırğız kino günlərinin açılışı oldu

Bakıda Qırğız kino günlərinin açılışı oldu
24 aprel 2024
# 10:09

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino günlərinin açılışı olub.

Kulis.az xəbər ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsindəki uğurlarından danışıb:

“Azərbaycan və qırğız xalqları eyni kökə, mədəniyyətə, qədim tarixə və dəyərlərə malikdirlər. Son illərdə qırğız kinosunun inkişafını çox diqqətlə izləyirik. Qeyd edim ki, ötən il Bakıda keçirilən III Qorqud Ata Türk dünyası film festivalında “Göksan” kinematoqrafçılarının çəkdiyi “Tanrıverdi” filmi ən yaxşı rejissor nominasıyası üzrə qalib oldu. Qırğızıstanın gənc kinematoqrafçılarının beynəlxalq festivallarda qazandığı böyük uğurları bizi çox sevindirir. Onların burada iştirakı kino sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün çox yaxşı fürsətdir. Əminəm ki, hər iki ölkənin kinematoqrafçıları bundan çox faydalanacaqlar”.

Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Altınbek Maksutbekov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğulayın. Bildirib ki, iki dost ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait var. Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına əyani sübutdur.

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan ilə Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirib.

Sonra rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri aprelin 26-dək davam edəcək.

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək.

# 2668 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər