Açıq gözlərini döyür küləklər – Lorka

Açıq gözlərini döyür küləklər – Lorka
15 may 2024
# 10:39

Kulis.az görkəmli ispan şair Federiko Qarsiya Lorkanın “Gözlənilməz” şeirini təqdim edir.

Köksündə qanlı bıçaq
səssizcə uzanıb qalıb küçədə.

Bu yerdə,
bu şəhərdə
tanıyan yox onu bircə nəfər də.


Necə də,
necə də titrəyir, Allah,
başının üstdəki yarımcan fənər!

Ağarır dan yeri,
açılır səhər,
açıq gözlərini döyür küləklər.

Di gəl,
bircə nəfər
qabağa durmur,
bağlamır yazığın göz qapağını.

Eləcə
uzanıb qalıb küçədə,
eləcə köksündə qanlı bir bıçaq,
bircə kəs də onu tanımır ancaq...

Tərcümə: Mahir N.Qarayev

# 1586 dəfə oxunub

Oxşar xəbərlər

Pəri Miniatürün nəşriyyatlarla məhkəməsi - Təzminat təmin edilmədi

Pəri Miniatürün nəşriyyatlarla məhkəməsi - Təzminat təmin edilmədi

18:15 24 dekabr 2025
Sosial media fenomeni narkotik ittihamı ilə saxlanıldı

Sosial media fenomeni narkotik ittihamı ilə saxlanıldı

17:45 24 dekabr 2025
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

17:10 24 dekabr 2025
“Müzəffər Ali Baş Komandan - İlham Əliyev”  adlı sərgi açıldı

“Müzəffər Ali Baş Komandan - İlham Əliyev” adlı sərgi açıldı

16:40 24 dekabr 2025
Mahir Cavadlının “Hökumə”  poeması çap edildi

Mahir Cavadlının “Hökumə” poeması çap edildi

16:33 24 dekabr 2025
Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olundu

Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olundu

16:04 24 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər