Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşanın tarixi-mədəni məkanlarını ziyarət etdilər

Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşanın tarixi-mədəni məkanlarını ziyarət etdilər
14 iyul 2023
# 18:50

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də Şuşada davam edir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Vaqif Poeziya Günlərinin iştirakçıları tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı”nda tarixi məkanları ziyarət ediblər.

Ekskursiya Milli Xalça Muzeyinin Şuşa filialından başlayıb. Burada qonaqlara məlumat verilib ki, Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa imkan yaradır.

Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılan Saatlı məscidində olublar. Onlara məlumat verilib ki, burada konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun aparılır. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılır.

Həmçinin qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, məscidin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.

# 1908 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər