Üstündən 33 il keçən faciəmiz - Reportaj

Üstündən 33 il keçən faciəmiz - Reportaj
25 fevral 2025
# 18:25

Lent.az Rəhman Mirzəlizadənin reportajını təqdim edir.

"Xocalı faciəsi" deyəndə beynimdə ayağıyalın qarda qaçan adamlar və fonda Kamil Cəlilovun klarnetdə "Zəminxarə" ifası canlanır.

Hər il olduğu kimi Xocalı küçəsində yerləşən "Ana harayı" abidəsinin yerləşdiyi parkda hazırlıq işləri görülür. Park "APA Group"a yaxın yerləşdiyindən fotoqrafımız Rüfətlə piyada gedirik. Çatmağa hələ 100-150 metr qalmış parkın önündə insan çoxluğu hiss olunur. Həm abidəni ziyarətə gələnlər, həm də İcra Hakimiyyətinin işçiləri burada normal günlərdə olmadığı qədər izdiham yaradıb. İşçilər parkdakı artıq otları yolur, yeni güllər əkirlər. Abidəyə yaxınlaşırıq.

Qucağında uşaqla dayanmış qadın heykəli. Ətraf qırmızı lentlə hasarlanıb ki, abidə, onun yan-yörəsi sabah üçün təmizlənib səliqəyə salına bilsin. Heykəlin qarşısında əklillər, çiçəklər düzülüb.

Xadimə qadın dizini yerə qoyub abidənin mərmər daşını silir. Digər işçi isə əlindəki aparatla abidənin ətrafını təmizləyir.

Parkın digər hissələrində də hazırlıq işləri gedir. Yeni güllər əkilir, qazon təmizlənir, ağaclar budanır. Xocalı prospekti boyunca binalar da təmizlənir.

Üç nəfər işçi kran vasitəsilə təhlükəsizlik kəmərlərindən asılaraq binanın şüşələrini təmizləyir. Təkcə dövlət yox, həm də özəl şirkət binalarının Xocalı anımına hazırlaşması qürurvericidir.

İnsanlar kənarda dayanıb abidəni izləyirlər. Yaşlı bir kişi əlindəki qərənfilləri parkın işçisinə uzadır:

- Mən keçib oraları bulaşdırmaq istəmirəm, zəhmət olmasa, bu gülləri oraya qoyarsız?
-Əlbəttə! - park işçisi qadın gülləri alıb səliqə ilə abidənin önünə düzür.

Parkın yanında iri yük avtobusu dayanır. İçindən bir neçə əklil çıxarıb abidənin önünə gətirirlər. Hər əklilin üzərində bir şirkətin, qurumun adı var.

Xocalı faciəsindən 33 il keçməsinə baxmayaraq hələ də bu qədər kədərlə anılır. Təkcə Azərbaycanda deyil, bizə dost olan bütün ölkələr hər il Xocalı faciəsinin ildönümündə başsağlığı verir, bu günü anırlar. Lakin hələ də bəzi dövlətlər həqiqəti görə-görə bu faciənin bir soyqırımı aktı olduğunu inkar edirlər...

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

# 1243 dəfə oxunub

Oxşar xəbərlər

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

13:30 4 noyabr 2025
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

13:10 4 noyabr 2025
“Gilqamış"  operası nümayiş etdiriləcək

“Gilqamış" operası nümayiş etdiriləcək

12:55 4 noyabr 2025
Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

12:18 4 noyabr 2025
Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

11:38 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər